27-12-2024, 10:00 429

Bu ilin sentyabrın 10-da Çinin Şençjen şəhərində "Huawei" şirkətinin "ULTIMATE DESIGN" konsepsiyasına həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdəki möhtəşəm çıxışlar və həyəcanverici musiqilər "ULTIMATE DESIGN"in mahiyyətini mükəmməl şəkildə nümayiş etdirirdi. Rəqqasların bədən dili "Huawei"in innovativ texnologiyaların inkişafında yeni zirvələrə çatmaq əzmini və gələcəyə baxışlarını nümayiş etdirirdi. "HUAWEI" brendinin “Dream it Possible” kompozisiyası arzuların arxasınca getməyi əks etdirir və şirkətin bütün innovativ nailiyyətlərinin öz uğurlarına inamı sayəsində mümkün olduğunu vurğulayır.

Tədbirdə çıxış edən icraçı direktor, "Consumer BG" Şurasının sədri və "Huawei"in "Intelligent Automotive Solution" Bölməsinin Direktorlar Şurasının sədri Riçard Yu qeyd edib: “Biz heç vaxt yeniliklərin tətbiqini dayandırmamışıq və onları həyata keçirmək istəyimizdən heç vaxt əl çəkməmişik. Məhz bunun sayəsində biz bazarda ilk üçqat qatlanan smartfon olan, "HUAWEI MATE XT Ultimate Design"ı yarada bildik”.

İnnovativ texnologiyalar: öncül inkişaf həlləri və tədqiqatlar

"Huawei" hər zaman texnoloji yeniliklərə istiqamətlənərək inkişafa və tədqiqatlara yatırımlar edir və bunun nəticəsi olaraq istifadəçilərə qabaqcıl və yüksək keyfiyyətli cihazlar təqdim edir. Yeni smartfon innovativ, yüksək texnologiyalı iki istiqamətləndiricili fırlanan mexanizmlər sistemi ilə təchiz edilib ki, bunun sayəsində də cihaz içəriyə və xaricə qatlana bilir. Ultra yüngül və optimal dəqiqliyə uyğunlaşdırılmış konstruksiya ilə smartfonun ekranlarının hamar qatlanması təmin edilir. "HUAWEI MATE XT Ultimate Design"in immersiv ekranı hər iki istiqamətdə əyilə bilən və içəriyə və kənara qatlandıqda müqavimətə tab gətirə bilən əyiləbilən materiallardan hazırlanıb.

İnnovativ Təcrübə: heyrətamiz İmkanlar

"HUAWEI MATE XT Ultimate Design" birdən çox ekran rejimi - tək, ikili və üçlü arasında keçid etməyə imkan verməklə smartfonlardan istifadə təcrübəsini yeni mərhələyə gətirir. Tam açılmış halda böyük ekran izlənilən multimedia məzmununa tam dalmaq effekti yaradır və istənilən zəruri məlumatın sürətli axtarışını təmin edir. İkili ekran rejimində smartfon məqalələri və e-poçtları oxumaq üçün idealdır. Tək ekran rejimində isə istifadəçi, zəng etmək, şəkil çəkmək və s. kimi bir tapşırıq üzərində fokuslana bilər.

İnnovativ foto çəkiliş: Həyatın gözəl anlarını həkk edin

"Huawei" mobil fotoqrafiya innovasiyalarında liderlərdəndir. "HUAWEI MATE XT Ultimate Design" incə dizaynda "HUAWEI XMAGE"in güclü mobil təsvir imkanlarını təqdim edir. Cihazın 10-mərhələli tənzimlənən fiziki diafraqması müxtəlif çəkiliş ssenarilərində heyrətamiz şəkillər çəkməyə imkan verir. Uzaq dağlardan tutmuş çiçək üzərindəki kiçik həşəratlara qədər müxtəlif obyektlərin fotoşəkilləri ifadəli və valehedici alınır. Kamera həmçinin, sürətli hərəkət edən obyektlərin inanılmaz aydınlıqlı çəkilişini təmin edən dərhal-çəkmə funksiyasına malikdir.

"HUAWEI MATE XT Ultimate Design"da tətbiq edilən yeni mobil paradiqma ilə iş daha səmərəli, əyləncələr isə daha maraqlı olur. Bazarda ilk üçqat qatlanan smartfon kimi "HUAWEI MATE XT Ultimate Design", qatlanan cihazların təqdim edə biləcəyi imkanları genişləndirir. "Huawei" heç vaxt uğurları ilə kifayətlənmir və qabaqcıl texnologiya, heyrətamiz dizayn və yüksək səviyyəli istifadəçi təcrübəsi təklif edərək yüksək səviyyəli brend qurur.

Paylaş

Xəbər lenti

Uşaq meydançasında təhlükəli çökmə Bu gün, 09:48 Dünya bazarında "Brent" və "WTI" neftinin qiyməti bahalaşdı Bu gün, 09:48 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar Bu gün, 09:48 Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib Bu gün, 09:48 DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib Bu gün, 09:48 Azərbaycanın azad edilmiş ərazilərində 8 yerdə SES tikilir Bu gün, 09:48 Bu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR Bu gün, 08:48 Kürdəmirdə "Mercedes" "KamAZ"a çırpılıb, yaralılar var Bu gün, 08:48 "Sabah" Bakıda "Borussiya Dortmund"la qarşılaşacaq Bu gün, 08:48 "Kızılcık şerbeti"ndən uzaqlaşdırıldı Bu gün, 08:48 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər – Trampdan açıqlama Bu gün, 08:48 Bu qidalar beyin damarlarının zədələyə bilər Bu gün, 00:48 Zəngilanın azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib? Bu gün, 00:48 Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib Dünən, 23:48 TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə müxtəlif islahatlar planlaşdırılır Dünən, 23:48 Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub Dünən, 23:48 Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI Dünən, 23:48 Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək Dünən, 23:48 Dərs saatları dəyişdirilə bilər? - YENİ TƏKLİF Dünən, 23:48 Mask ara seçkilərdə respublikaçılara 200 milyon dollardan çox ianə edib Dünən, 23:48 Alyona Əliyeva Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılış mərasimindən paylaşım edib Dünən, 22:48 Şimali Koreya Rusiya ilə münasibətlərini "məğlubedilməz" adlandırıb Dünən, 22:48 Tanınmış həkim dünyasını dəyişdi Dünən, 22:48 Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi Dünən, 22:48 Həkim soyuqdəyməyə səbəb olan 3 vərdişi açıqladı Dünən, 22:48 Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb Dünən, 22:48 Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib Dünən, 22:48 Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub Dünən, 22:48 Rəşad Mahmudov: "Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır" Dünən, 21:48 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu Dünən, 21:48 Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb Dünən, 21:48 İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır Dünən, 21:48 Çıxarışsız evlərə böyük MÜJDƏ: Dövlət qeydiyyatı ilə bağlı YENİ TƏKLİF Dünən, 21:48 ARDNF hansı ölkələrin istiqrazlarına daha çox investisiya yatırıb? Dünən, 21:48 Sankt-Peterburqda beş nəfərdə meymunçiçəyi aşkarlandı Dünən, 21:48 Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur Dünən, 21:48 ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb Dünən, 20:48 "Mançester Siti" rekord xalla cəzalandırıla və Premyer Liqanı tərk edə bilər – MEDİA Dünən, 20:48 Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib Dünən, 20:48 TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib Dünən, 20:48 ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib Dünən, 20:48 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib Dünən, 20:48 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb Dünən, 19:48 Rusiya və İran Rəşt-Astara dəmir yolu layihəsini müzakirə ediblər Dünən, 19:48 Azərbaycanın sağlamlıq turizmi "Kurort" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Özbəkistanda təbliğ edilib Dünən, 19:48 Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər Dünən, 19:48 Azərbaycanda kimlərə nə qədər dəfn pulu verilir? - MƏBLƏĞLƏR Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR