
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, hadisə rayonunun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, rayonun Kazımabad kənd sakini, 2011-ci il təvəllüdlü Cabbarova Rəsmiyə Namiq qızı qonaq getdiyi evdə yelləncəkdə oynayarkən ipin boğazına dolaşması nəticəsində ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.