
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər hipersəs raketindən istifadə edərək İsrailin şimal-qərbində yerləşən Orot Rabin elektrik stansiyasına hücum ediblər.
"AVESTA.AZ" xəbər verir ki, bunu üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya husilərin nəzarətində olan "Əl Məsirə" telekanalının efirində bildirib.
O qeyd edib ki, “Orot Rabin” elektrik stansiyasına “Fələstin 2” hipersəsli ballistik raketi ilə hücum edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.