
Sabah Naxçıvan Muxtar Respublikasının Babək şəhərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"AVESTA.AZ"un yerli bürosunun məlumatına görə, 35/10 kilovoltluq "Quşçuluq" yarımstansiyasından qidalanan 35 kilovoltluq hava elektrik verilişi xətti elektrik dirəklərinin yerinin dəyişdirilməsi səbəbindən sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq Babək şəhərində yanvarın 9-da saat 13:00-dan 14:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.