9-01-2025, 19:22 589

Azərbaycanda terror aktı hazırlığında ittiham edilən şəxs məhkəmədə peşman olduğunu bildirib

Azərbaycanda terror aktı hazırlığında ittiham olunan Elşən Nəcəfovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın keçirilən prosesdə Elşən Nəcəfovun istintaqa verdiyi ifadələr elan olub.

O, ifadəsində dini ideyalarla yaşadığını, bəzi ölkələrə ürəkdən nifrət etdiyini deyib.

Daha sonra Elşən Nəcəfov Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi və terrorçuluğa açıq çağırışlar yazılmış paylaşımlar etdiyinə görə peşman olduğunu bildirib.

İş üzrə sənədlərin tədqiqi yekunlaşıb.

Məhkəmə prosesi fevralın 6-da davam edəcək.

Qeyd edək ki, 38 yaşlı Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olub.

Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova planı həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib. Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən anidən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.

Ona Cinayət Məcəlləsinin 28, 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq), 214-2 (terrorçuluğa açıq çağırışlar), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham elan edilib.

Paylaş

Xəbər lenti

İranın Qeşm adası sahillərində partlayış səsləri eşidilib Bu gün, 00:48 Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi Bu gün, 00:48 Gürcüstanın keçmiş müdafiə naziri həbs edilib Dünən, 23:48 İRNA: İranın Hörmüz boğazındakı Qeşm adası yaxınlığında iki partlayış olub Dünən, 23:48 "Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları Dünən, 23:48 Lavrov Zelenskinin Moskvaya dəvət edilməsini "xoşməramlı jest" adlandırıb Dünən, 23:48 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb Dünən, 22:48 "Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib Dünən, 22:48 KİV: İran ABŞ-yə yeddi şərt qoydu: Hörmüz boğazı bağlı qalacaq Dünən, 22:48 İran və Oman razılaşıblar: Hörmüzdə yeni giriş-çıxış marşrutları yaradılır - DETALLAR Dünən, 22:48 Daniel Savari: "Azərbaycanın "Elit polo club" komandası final matçının favoritidir" Dünən, 21:48 Üzdə şişkinlik, dəridə səpkilər: Səbəb geyiminizdə gizlənə bilər Dünən, 21:48 Husilər "Göz yaşları qapısı"na çatdılar: Dünya neftinin mühüm marşrutu təhlükədə Dünən, 21:48 İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər Dünən, 21:48 Çindən İrana ABŞ bazasının peyk görüntüləri verilib? - Vaşinqtondan şok iddia Dünən, 20:48 Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak edib Dünən, 20:48 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib Dünən, 20:48 Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb Dünən, 20:48 Oğul ona siqaret almayan atasını bıçaqladı Dünən, 19:48 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır Dünən, 19:48 Dostluq küçəsində "çirkab düşmən": Sakinlər beziblər Dünən, 19:48 Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb Dünən, 18:48 Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb Dünən, 18:48 "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq Dünən, 18:48 Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə Dünən, 18:48 İsveç hökuməti könüllü qayıdan miqrantlara 37000 dollar təklif edir Dünən, 18:48 Tramp Hörmüz boğazı problemini həll edəcəyinə söz verdi Dünən, 17:48 Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi Dünən, 17:48 Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib Dünən, 17:48 Bakının qətiyyəti, Vaşinqtonun dəstəyi - Zəngəzur dəhlizi ilə bağlı son durum Dünən, 17:48 Evə sərxoş gələn Mirnəsib arvadını bıçaqladı - Təfərrüat Dünən, 17:48 Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var Dünən, 16:48 Sakinlər dəhşət içində: "Hamımız xəstəlik tutmuşuq" Dünən, 16:48 Bakıda küçələr yuyuldu Dünən, 16:48 Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək Dünən, 16:48 İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib Dünən, 16:48 Xarici diplomatlar "İstisu" mineral su zavoduna baş çəkiblər Dünən, 16:48 Azərbaycanın sabiq daxili işlər naziri Vaqif Novruzov vəfat etdi Dünən, 16:48 "Gəncə" meksikalı mütəxəssis İvan Luna ilə müqavilə imzalayıb Dünən, 15:48 Zelenski G20 sammitində Putinlə görüşməyə hazırdır Dünən, 15:48 Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər Dünən, 15:48 Bakıda metro üçün şaxta qazıntısı zamanı bina boşaldılıb? - Bakı Metropolitenindən AÇIQLAMA Dünən, 15:48 Belarus 2027-ci ildə Qarabağda aqroşəhərciyin tikintisini planlaşdırır Dünən, 15:48 Bakı metrosu 15 sentyabra necə hazırlaşır? - Tıxaclara qarşı atılmış addımlar Dünən, 15:48 Valideynlərin NƏZƏRİNƏ - Birinci sinfə elektron qəbul yenidən aktivləşir Dünən, 15:48 Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik Dünən, 14:48 Səfir: Şuşaya vurulmuşam Dünən, 14:48 "Sabah" və "Qarabağ" Çempionlar Liqasında tarixə düşdülər - SİYAHI Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR