11-01-2025, 13:48 390

Xidmət rəsmisi: Azərbaycanda yeni milli parkların yaradılması istiqamətində işlər aparılır

Azərbaycanda yeni milli parkların yaradılması istiqamətində işlər aparılır.

Bunu “Report”a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev deyib.

Onun sözlərinə görə, son illərdə ölkə ərazisində xüsusi mühafizə olunan ərazilərin sahəsinin genişləndirilməsi və yenilərinin yaradılması istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir. Hazırda Azərbaycan ərazisində 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 təbiət yasaqlığı fəaliyyət göstərir ki, onların da ümumi sahəsi 893 min hektar olmaqla ölkə ərazisinin 10,3%-ni təşkil edir. Xüsusi mühafizə olunan ərazilər şəbəkəsi 2001-ci ilə qədər 478 min hektar təşkil edirdisə, hazırda bu rəqəm 2 dəfəyədək artırılıb:

"Əhəmiyyətli və unikal təbii landşaft müxtəlifliyinə malik Qanıx çayı vadisini və Axar-baxar dağ silsiləsini əhatə edən Bozdağ-Acınohur Milli Parkının, həmçinin İlisu Dövlət Təbiət Qoruğunun bazasında İlisu Milli Parkının yaradılması üzrə işlər davam edir. Milli parklarda infrastruktur layihələrinin həyata keçirilməsi, eyni zamanda, yeni turizm marşrutlarının yaradılması və milli park heyətinin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tədbirlər davam edir".

R.Allahverdiyev deyib ki, milli parklar xüsusi mühafizə olunan təbiət əraziləri olaraq təbii arealın və ekosistemlərin mühafizəsi istiqamətində ixtisaslaşıb. Bəzi milli parklarda müəyyən reintroduksiya layihələrinin aparılması istiqamətində işlər aparılır:

Rəşad Allahverdiyev
Rəşad Allahverdiyev

"2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi həyata keçirilir. Layihə çərçivəsində bu günədək Şirvan Milli Parkından tutulmuş ümumilikdə 396 baş ceyranın respublikanın müxtəlif ərazilərinə (Ağgöl və Abşeron Milli Parkları, Korçay Dövlət Təbiət Qoruğu, Qax Dövlət Təbiət Yasaqlığı, Şamaxı yolu (Pirəkəşkül), Cəbrayıl və Samux rayonuna), eləcə də Gürcüstan Respublikasının Vaşlovani Milli Parkına reintroduksiyası həyata keçirilib".

O əlavə edib ki, 2012-ci ilin sonlarından etibarən zubrların (Bison bonasus) Azərbaycanın vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində intensiv işlər aparılır:

"Belə ki, 2015-ci ildə Şahdağ Milli Parkının İsmayıllı rayonunun inzibati ərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılıb, orada onların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib. Reintroduksiya layihəsi çərçivəsində 2019-2023-cü illər ərzində ölkəmizə Fransa, Belçika və Almaniya zooparklarından 46 baş Avropa bizonu gətirilib və sayında artım müşahidə olunaraq 68 başa çatıb".

Xidmət rəsmisi əlavə edib ki, milli parklara yerli və xarici turistlərin marağı çox yüksəkdir:

"Milli parklarımızda hazırda 120 turizm marşrutu fəaliyyət göstərir. 2024-cü il ərzində milli parklara 224 min turist səfər edib. Bunların, əlbəttə ki, böyük əksəriyyəti yerli, bir qismi isə xarici turistlərdir. COP29 tədbirləri çərçivəsində milli parklarımıza xarici qonaqların səfərlərinin artmasını xüsusi qeyd etmək istərdim. Xüsusi mühafizə olunan təbiət əraziləri iqlim dəyişmələri ilə mübarizədə əsas adaptiv tədbirlərdən hesab olunur".

Xatırladaq ki, 11 yanvar Dünya Qoruqlar və Milli Parklar Günüdür. 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. 1997-ci ildən isə bu tarix Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə hər il Ümumdünya Qoruqlar və Milli Parklar Günü kimi qeyd olunur.

Paylaş

Xəbər lenti

Keçmiş riyaziyyat müəlliməsi 100 minini geri istəyir: "Yanımda ustalara zəng edirdi" Bu gün, 16:48 Mahir Emreli: "Yayda verəcəyim qərar karyeramda ən vaciblərdən biri olacaq" Bu gün, 16:48 Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib Bu gün, 16:48 Qəbul imtahanlarında abituriyentlərə GİZLİ CİHAZLARLA "kömək edən" şəxslərə hökm oxundu Bu gün, 16:48 Prezident: Kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır Bu gün, 16:48 İlham Əliyev: Bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 %-dir Bu gün, 16:48 Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb Bu gün, 16:48 Prezident İlham Əliyev: Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır Bu gün, 16:48 Birbank və "Bir Kredit" BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin Bu gün, 16:48 Prezident: Anbarlarda yığılan su imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın Bu gün, 16:48 Bakıda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq Bu gün, 16:48 Prezidentdən soyuducu anbarlarla bağlı TAPŞIRIQ Bu gün, 16:48 Vətən Müharibəsi Qəhrəmanı yüksək vəzifəyə TƏYİN EDİLDİ Bu gün, 16:48 TƏBİB: WUF13-ün keçirildiyi günlərdə 52 nəfərə tibbi xidmət göstərilib Bu gün, 15:48 Bakıda 3 ünvanda minib-düşmə yeri yaradılıb Bu gün, 15:48 Serenay Sarıkaya sərbəst buraxıldı Bu gün, 15:48 Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub Bu gün, 15:48 "Haber Global": Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə qardaşlıq mesajı Bu gün, 15:48 Bakı-Tbilisi qatarı ilə səyahət edəcəklərin NƏZƏRİNƏ Bu gün, 15:48 İlk köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb, açarlar təqdim olunub Bu gün, 15:48 "Şıncou-23" kosmik gəmisi "Tienqonq" stansiyasına çatıb Bu gün, 15:48 Tanımadığınız şəxslərin telefonunun ekranına BAXMAYIN - ETX məlumat yaydı Bu gün, 15:48 İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsi başlayacaq Bu gün, 15:48 Bayramda metrodan istifadə etmək istəyənlərin NƏZƏRİNƏ Bu gün, 15:48 Rusiya Baltikyanı ölkələrlə bağlı BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edəcək Bu gün, 14:48 Pakistanda ağır yol qəzası: 17 ölü Bu gün, 14:48 Mərkəzi Bankda YENİ TƏYİNAT Bu gün, 14:48 Fransada nazir qanuni miqrasiyanın 3 il dayandırılmasını təklif etdi Bu gün, 14:48 Biləsuvarda kəndi su basdı: "Elə bildik ki, dünyanın axırıdır" Bu gün, 14:48 Gürcüstan Azərbaycanla sərhəd zonasında yeni milli park yaradır Bu gün, 14:48 İranda faciəli şəkildə həlak olan baş konsulla Göyçayda vida mərasimi keçirildi Bu gün, 14:48 "İdrak" liseyində müəllimini silahla vuran şagirdin İTTİHAMI AĞIRLAŞDIRILDI Bu gün, 14:48 35 yaşlı müğənni qəfil vəfat etdi Bu gün, 14:48 Nazir müavini: Süni intellekt dövründə dil müxtəlif təzyiq və təhlükələrlə üz-üzədir Bu gün, 14:48 İlk köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb Bu gün, 14:48 "Eurohome" tikinti materiallarının satışı bazarınının fəaliyyəti dayandırılıb Bu gün, 14:48 ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün işləməyəcək Bu gün, 13:48 Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit c virusuna yoluxub - İTTİHAM AKTI Bu gün, 13:48 Əfran İsmayılov vəzifəsindən ayrıldı Bu gün, 13:48 "Azpetrol" şirkətinə məxsus 1 Hotel və 8 Motel xidmətinizdədir! Bu gün, 13:48 İranda faciəli şəkildə həlak olan baş konsulun cənazəsi Azərbaycana gətirildi Bu gün, 13:48 Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik Bu gün, 13:48 Möhtəşəm alyans: Kriştiano Ronaldo "Dreame Technology"nin yeni Qlobal səfiridir Bu gün, 13:48 İyun ayının qeyri-iş günləri AÇIQLANDI Bu gün, 13:48 Nigeriyada terrorçuların girov götürdüyü 92 nəfər xilas edildi Bu gün, 13:48 İsa Həbibbəyli: Azərbaycan dilinin saflığının qorunması nitq mədəniyyəti ilə bağlıdır Bu gün, 13:48 23 yaşlı qadında həkimləri də təəccübləndirən xəstəlik aşkarlanıb Bu gün, 13:48 Biləsuvarda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR