Quba-Xaçmaz yolunda avtomobil qəzası baş verib, ölən var.
"AVESTA.AZ"un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun rayonun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, Quba rayonunun Bağbanlı kənd sakini Rüstəmov Taleh Malik oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.