
ABŞ 1997-ci ildən sonra Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulan ölkələrdə nüvə silahı yerləşdirməyi planlaşdırmır.
“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə bildirib.
“Deyə bilərəm ki, ABŞ-ın 1997-ci ildən sonra NATO-ya qoşulan ölkələrinin ərazisində nüvə silahı yerləşdirmək planı yoxdur”, - Patel bildirib.
Qeyd edək ki, NATO hazırda 36 ölkədən ibarətdir. 1997-ci ildən sonra alyansa 14 dövlət qoşuldu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.