23-01-2025, 14:55 448

İngiltərə Kubokunun qalibi olan azərbaycanlı mütəxəssis:

İngiltərənin "Redinq Rokets" basketbol klubunun baş məşqçisi Samit Nuruzadə "AVESTA.AZ"un suallarını cavablandırıb. Mütəxəssis ölkə kubokunun qalibi olmalarından, qarşıdakı hədəflərindən və Azərbaycan basketbolunun hazırkı durumundan söz açıb.

- İlk olaraq əldə etdiyiniz titulla bağlı fikirlərinizi bilmək istərdik. Təəssüratlarınız necədir?
- Ölkə kubokunu qazandığımız üçün çox qürurluyuq. 11 ildir ki, klubda heç bir nəticə yox idi. Ötən il iki final oynadıq və hər ikisində məğlub olduq. Amma bu il qalib gəlmək mümkün oldu. Klubumuz 26 ildir ki, fəaliyyətdədir. Bu müddət ərzində böyük nailiyyətlər olub. Kubok və liqalarda çempionluq yaşayıblar. Daha əvvəl, 2010-cu ildən 2013-cü ilədək də burada işləmişəm. Həmin müddətdə də çox qalibiyyətlər əldə etmişdik. 2013/2014 mövsümündən sonra isə heç bir nəticə yox idi. Bu titula sahib çıxdığımız üçün sevincliyik.

- 2022-ci ildə yenidən bu komandaya qayıtdınız. Qarşıdakı hədəfləriniz nədir?
- Hazırda yerli çempionatda ikinci pillədə qərarlaşmışıq. Kubokun finalında məğlub etdiyimiz "Hemel Storm" isə liderdir. Mövsümü müvəffəqiyyətlə başa vurmaq, pley-offa vəsiqə qazanmaq istəyirik. Pley-offda isə finala vəsiqə qazanmaq niyyətindəyik. Federasiya Kubokunun da finalındayıq. Bu isə martda olacaq. Nə baş verdiyini birlikdə görəcəyik.

- İngiltərədə basketbolun səviyyəsi necədir? Azərbaycanla müqayisə edə bilərsiniz?
- Burada beş liqa var. Bunların dördü peşəkardır. Səviyyənin yüksək olduğunu demək olar. Hər il Çempionlar Liqasında, Avroliqada mübarizə aparan klublar olur. İngiltərə millisi isə son oyunlarından birində Yunanıstan kimi basketbol ölkəsini məğlub edib. Oyunçular Avropa təmsilçilərinin heyətində yer alırlar. Hazırda Milli Basketbol Assosiasiyasında (NBA) mübarizə aparan 2-3 oyunçu da daha əvvəl məhz burada çıxış edib.

- Ölkə xaricində Azərbaycan basketbolunu izləyirsiniz?
- Əlbəttə. Bəzən yutub vasitəsi ilə matçlara da baxıram. Bəzi oyunçularla əlaqədəyəm. Məşqçilərlə də danışırıq.

- Sizcə, Azərbaycan Basketbol Liqasının hazırkı səviyyəsi necədir?
- Ölkə basketbolunun səviyyəsi yaxşıdır. Əvvəlkinə baxanda bu fikri demək olar. Hər komandanın heyətində meydana 4 legioner və bir yerli oyunçunun çıxması yaxşıdır. Azərbaycanlı basketbolçuların da səviyyəsi yaxşılaşıb.

- Yerli klublardan sizə təklif gəlib?
- Mövsümün əvvəlində nəsə var idi. Mənim burada müqaviləm var. İmza atıramsa, sözümün üstündə dururam. Ötən ilin sentyabrında danışıqlar oldu. Amma "yox" dedim.

- Azərbaycanda basketbolun inkişafı üçün hansı addımlar atılmalıdır?
- Hələ ki, doğru yoldadırlar. Uşaq basketbolu daha yaxşı olmalıdır. Basketbol uşaqlardan başlayır. Ümid edirəm ki, milli komandalarımız B Liqasında çıxış edərlər. Çempionatın səviyyəsi nə qədər yaxşı olsa, inkişaf da artacaq. Bundan əlavə, yerli məşqçilərin inkişafına da fikir vermək lazımdır. Mütəxəssislər azərbaycanlı olsa, basketbolumuzun gələcəyi üçün də daha yaxşı olacaq.

- Bəs sizin baş məşqçi kimi qarşıdakı hədəfləriniz nədir?
- Hər oyunçumun daha da yaxşı oynamasını istəyirəm. Çıxış etdiyim komandada müdafiənin ön planda olmasına diqqət edirəm. Basketbolçulara deyirəm ki, elə edin ki, mövsümün sonunda sizə çoxlu təkliflər gəlsin. Heç kəsin eyni səviyyədə qalmasını istəmirəm. Mövsüm bitəndən sonra burada qalacağamsa, nələrisə müzakirə edə bilərik.

- Azərbaycan millisinin basketbolçuları da əvvəllər legioner həyatı yaşayırdılar. Məsələn, qonşu Gürcüstanda çıxış edən oyunçularımız olub. Sizcə, indi Avropa arenasına çıxa biləcək oyunçularımız var?
- Maddi tərəfdən daha yaxşı olduğuna, çempionatın səviyyəsinin qalxmasına görə ölkədə çıxış etməyə daha çox üstünlük verirlər. Gələcək üçün uşaqları, perspektivli basketbolçuları xarici klubların akademiyasına yerləşdirmək olar. Bizə yaxın ölkələrdən Gürcüstan bunu edir. Hər il 10-15 uşaq xarici klubların akademiyasına yerləşdirilir. Bu, hər federasiyanın inkişafı necə görməsinə bağlıdır.

Paylaş

Xəbər lenti

Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR