
BP şirkəti cari ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağının işlənməsi layihəsinə daxil olmağı planlaşdırır.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
"2024-cü ilin sentyabrında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ilə “Qarabağ” yatağı üzrə Anlaşma Memorandumu imzaladıq. Hazırda memorandum çərçivəsində bu yatağın işlənməsi üzrə mövcud sazişə BP-nin daxil olması şərtləri ilə bağlı danışıqlar və müzakirələr aparılır", - B.Aslanbəyli qeyd edib.
Məlumat yenilənir
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.