
Cəbrayıl rayonunda "Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) fiziki tikintisinə cari ildə başlanacaq.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə jurnalistlərə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
"2024-cü ilin noyabrında COP29 iqlim konfransı çərçivəsində “Şəfəq” GES-in tikintisi layihəsinin həyata keçirilməsi üçün investisiya sazişi imzalanıb. Gələcək stansiyanın ərazisinin minalardan təmizlənməsi artıq başa çatıb, sertifikatlaşdırma prosesi qalıb. Layihənin texniki-iqtisadi əsaslandırması da artıq hazırdır. Bu il stansiyanın tikintisi üzrə yekun investisiya qərarının qəbul edilməsi gözlənilir", - B.Aslanbəyli qeyd edib.
Məlumat yenilənir
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.