27-01-2025, 01:00 432

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür

Azərbaycanın İranın paytaxtı Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür.

“AVESTA.AZ” xatırladır ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30-da səfirliyimizə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub.

İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.

Terror aktını törədən Yasin Hüseynzadənin isə iki il ərzində məhkəməsi keçirilib. Məhkəmədən sonra İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.

İnformasiyaya əsasən, məhkəmə zərərçəkənlərin yaxınlarını dəvət edəcək. Onlar edamın icrasını tələb etdikləri halda, cinayət işi icra olunması üçün əlaqədar quruma göndəriləcək.

Paylaş

Xəbər lenti

Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb Bu gün, 00:48 Beren Saatdan "Arsen Hanım"a vida… Bu gün, 00:48 Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Bu gün, 00:48 Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür Bu gün, 00:48 "Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir Bu gün, 00:48 Ərdoğan sabah ABŞ-yə səfər edəcək Dünən, 23:48 Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? Dünən, 23:48 XIV əsrin izlərini daşıyan ziyarətgah yeniləndi Dünən, 23:48 Fidan Türkiyənin husilərə qarşı Səudiyyə Ərəbistanına hərbi yardımını istisna etməyib Dünən, 23:48 Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi Dünən, 23:48 Kanadada avtomobilin izdihama çırpılması nəticəsində altı nəfər xəsarət alıb Dünən, 22:48 Bakıda Formula-1-ə görə bəzi parkinqlər işləməyəcək Dünən, 22:48 Paşinyan Putinlə CQDY-nin konsessiyasını müzakirə etmək niyyətindədir Dünən, 22:48 Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir Dünən, 22:48 ABŞ-də dörd şirkət süni intellektin inkişafını ləngitməkdə ittiham edilib Dünən, 21:48 Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib Dünən, 21:48 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Dünən, 21:48 NYT: Trampın Qrenlandiya ilə bağlı bəyanatı ada sakinlərində çaşqınlıq yaradıb Dünən, 21:48 Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü Dünən, 20:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərindən biri heç-heçə edib, digəri qələbə qazanıb Dünən, 20:48 Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir Dünən, 20:48 Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb Dünən, 19:48 Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı Dünən, 19:48 Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı Dünən, 19:48 CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib Dünən, 19:48 Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib Dünən, 18:48 Azərbaycan Ordusu tarix yazdı: Ermənistan sülhə necə məcbur edildi? Dünən, 18:48 Bilgəhdə 2 nəfər dənizdə batıb Dünən, 18:48 Türkiyə MMN-dən Azərbaycana: "Birlikdə güclü, birlikdə qardaşıq" Dünən, 18:48 Şahməddin Abdullayevə vəzifə verildi Dünən, 18:48 Muğla bələdiyyəsinin sədri: Azərbaycanın yerli idarəetmə nümayəndələri ilə mütəmadi əlaqələrimiz var Dünən, 17:48 Füzulidə dəhşətli qəza: Ölən və yaralananlar var Dünən, 17:48 Göygöl rayonuna dolu düşüb - Faktiki hava Dünən, 17:48 Şahin Bağırov Fərid Usubovun yerinə onu təyin etdi Dünən, 17:48 Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müzakirə ediblər Dünən, 17:48 DİN Daxili Qoşunlarının hərbi qulluqçusu: "Tək istəyimiz tapşırığı nəyin bahasına olursa-olsun icra etmək idi" Dünən, 17:48 Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb Dünən, 16:49 Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb, arvadı şübhəli bilinir Dünən, 16:49 Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb Dünən, 16:48 Kamandan oxatma üzrə Bakı şəhər çempionatının açılış mərasimi keçirilib Dünən, 16:48 Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var Dünən, 16:48 "İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb Dünən, 16:48 Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər? Dünən, 15:48 "Popeyes" Azərbaycanda üçüncü ən böyük filialını açdı Dünən, 15:48 Qazaxıstanda ictimai binalarda qraffiti çəkmək qadağan ediləcək Dünən, 15:48 Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu Dünən, 15:48 Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR