
Samux rayonunun Sarıqaya kəndində süni sututarında batan şəxsin meyiti tapılıb.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, batan şəxs Goranboy rayon sakini, 2002-ci il təvəllüdlü Cavid Əliyevdir.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samux rayonunun Sarıqaya kəndində süni sututarında 1 nəfərin batması barədə məlumat daxil olub.
"AVESTA.AZ" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.