11-10-2022, 12:47 587

AZAL-la “Nağıllar aləmi”nə səyahət: Səmərqəndə səfərin təəssüratları

Deyirlər, Səmərqənd elə bir şəhərdir ki, hər kəs heç olmasa ömründə bir dəfə orada olmalıdır. Özbəkistanın “İpək yolu” üzərində yerləşən və 2 750 il yaşı olan “Əbədi gənc” və “Şərqin mirvarisi” olan Səmərqənd başdan-başa tarixdir. “Azərbaycan Hava Yolları” QSC (AZAL) və “FlyKhiva Group” şirkətləri isə bu günlərdə Bakı və Səmərqənd arasında yeni aviareys açaraq bu tarixi hər kəsin görməsi üçün böyük imkan yaratdılar.

“Nağıllar aləmi”ndə duz-çörəkli qarşılanma

Hazırda 5 mindən çox azərbaycanlının yaşadığı Səmərqəndə Sovetlər dövründə Azərbaycandan avireyslər mövcud idi. Bu günlərdə bu reys yenidən bərpa edildi və AZAL bir daha bu əsrarəngiz şəhərə gediş-gəliş imkanı yaratmış oldu. Belə ki, AZAL oktyabrın 4-də Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan Səmərqənd şəhərinə müntəzən reyslərə start verdi. Bir qrup jurnalist, blogger və tanınmış ictimai xadimlər bu aviareysin ilk sərnişinləri olmaq xoşbəxtliyinə nail oldular. Onlar AZAL və “FlyKhiva” şirkətinin təşkilatçılığı ilə 4 gün, 3 gecə bu Şərq incisinin qonağı oldular və Səmərqəndin bütün gəzməli-görməli yerlərinə səfər edərək “Nağıllar aləminə” düşmüş oldular.

AZAL-ın rahat və konfortlu, müasir “Airbus” təyyarəsi Səmərqənd torpağına eniş edən kimi, adət-ənənəyə uyğun olaraq təyyarə su tağı ilə qarşılanıb.

Təyyarənin trapından düşən ilk sərnişinlər özbək karnayının səsi, milli musiqi və rəqsləri, elə nağıllar aləmində olduğu kimi, Şərq adət-ənələrinə uyğun olaraq duz-çörəklə qarşılandılar. Bu, həm də Səmərqənd qonaqpərvərliyinin bir göstəricisi idi. Bunu görmək və ruhən yaşamaq üçün isə mütləq Özbəkistana, Səmərqəndə getmək lazımdır. Amma bu qarşılanma hələ başlanğıcdır...

Əmir Teymurun məqbərəsi və Registan meydanı

Səmərqənd abidələr və məqbərələr şəhəridir desək, yanılmarıq. Səmərqənd insanın ruhunu və zövqünü dincəldəcək bir məkandır. Ən maraqlıları isə orta əsrlər dövrünə həsr olunub.

AZAL-ın ilk reysinin qonaqları səfərlərinin ilk gününü artıq Səmərqənd mədəniyyəti ilə yaxından tanışlıq, mədəni-irs və tarixi məkanların ziyarəti ilə başladılar. Getdiyimiz ilk yer, təbii ki, Qur-Əmir məqbərəsinin ziyarətindən başladı. Qur-Əmir fəthləri və güclü dövlət quruculuğu ilə tanınan Əmir Teymurun əzəmətli məqbərəsidir. Məhz Əmir Teymurun dövründə Səmərqənd paytaxt olub və mədəni, memarlıq və iqtisadi baxımdan fəal inkişaf etməyə başlayıb.

Bu türbə 1 404-cü ildə Teymurun özü tərəfindən nəvəsi üçün tikilib. Lakin Əmir Teymur 1 405-ci ildə qəflətən vəfat edib və son sığınacağını doğma Keş şəhərində (müasir Şahrisabz) tapmağı planlaşdırsa da, özü də Qur-Əmirdə dəfn edilib. Türbədə Teymurdan başqa, onun oğulları Şahrux və Miran şah, nəvələri Uluqbəy və Məhəmməd Sultan, Teymurun müəllimi Mir Səid Baraka və Teymurilər sülaləsinin bir neçə başqa nümayəndəsi dəfn olunub.

Qur-Əmir məqbərəsinin yaxınlığında Registan meydanı yerləşir. Registan Səmərqənd şəhərinin ən məşhur meydanı və şəhərin simvoludur. Meydanda bir memarlıq ansamblında birləşdirilən XV-XVII əsrlərə aid üç mədrəsə var. Mərkəzdə 1 420-ci ildə tikilmiş Uluqbəy mədrəsəsi, yan tərəflərdə Şerdor mədrəsəsi (1 636) və Tilya-Kari mədrəsəsi (1 660) yerləşir. Mədrəsələr İslamı öyrənmək istəyənlər üçün mənəvi təhsil ocaqları olub. Hər mədrəsənin hücrələri - qonaq otaqları, məscidi və həyəti var. Mədrəsələr yaxşı vəziyyətdə bizim dövrümüzə gəlib çata bilib. Yeri gəlmişkən deyim ki, bu memarlıq kompleksi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bir deyim də var ki, Səmərqənddə olub, Əmir Teymuru ziyarət etməmək və Registan meydanında olmamaq, elə Səmərqənddə olmamaq kimi bir şeydir.

İbadətdən sonra bazara getmək imkanı

Səmərqəndə gələnlər mütləq Bibi-xanım məscidini də ziyarət edirlər. Bibi-xanım məscidi 1 404-cü ildə Əmir Teymurun sevimli həyat yoldaşının şərəfinə inşa edilib. Deyirlər ki, tikintinin gedişinə hökmdar şəxsən özü nəzarət edirdi. Məscidin həyətində müsəlmanların müqəddəs kitabı - Quran üçün böyük daş stend var. Bu gün Bibi-xanım bütün müsəlman dünyasının ən möhtəşəm məscidlərindən biridir və o dövrdə Orta Asiyanın ən böyük cümə məscidi olub. Bu məscidə inanclı insanlar ibadət etmək üçün gəlirlər, dualarının qəbul ediləcəyi məkan kimi baxırlar. Bizim üçün isə Bibi-xanım məscidi möhtəşəmliyi və əzəmətliliyi ilə heyran edərək yaddaşımıza yazılacaq.

Təbii ki, əsl azərbaycanlı və Şərq insanı kimi bizi maraqlandıran ancaq alış-veriş olar. Bir də ki, Səmərqənd kimi şəhərə gəlib, oradan əliboş qayıtmaq mümkün olmazdı. Bunun üçün də hər birimizin gedəcəyi əsas yerlərdən biri də mütləq bazar olmalıdır. Düz Bibi-xanım məscidinin yanında isə Siyab bazarı yerləşir. Bu bazarın ərazisi olduqca cəlbedicidir və bazarın ərazisi 5 hektardan çoxdur.

Siab bazarı kəndli bazarı hesab olunduğundan, burada zəhmətkeş fermerlərin yetişdirdiyi tərəvəz, meyvə, bostan və hazırladıqları əsasən quru meyvə məhsulları satılır. Bazarda əsasən yerli xalqın əl işləri də satılır. Ticarət sıraları şərti olaraq malların növünə görə bölünür. Bu bazar qurudulmuş meyvələri, şirniyyatları və qoz-fındıqları ilə o qədər boldur ki, nəinki turistlər, hətta paytaxt sakinləri də bu məhsullar üçün buraya gəlirlər. Bu bazarda inanılmaz miqdarda ədviyyat tapmaq mümkündür ki, onların aralarında hətta ən nadirləri də var. Burada yeməli mallarla yanaşı, yerli sənətkarların məhsullarının da münasib qiymətə almaq mümkündür.

Rəssamlarımızın rəsmləri ilə divarları bəzədilən Şahi-Zinda

Səmərqənd şəhərində mütləq görməli yerlərdən biri də Şahi-Zində məqbərəsidir. Fars dilindən tərcümədə “Canlı şahid” mənasında olan Şahi-Zinda göy və mavi tonlarda bəzədilmiş nadir orta əsr nekropoludur. Burada Teymurilər sülələsinin və onlara yaxın olan insanların qadınları dəfn edilib. Nekropola qalxmaq üçün ilk öncə pilləkənlərlə yuxarı qalxmaq lazımdır. Deyirlər ki, yuxarı qalxanda və enərkən eyni sayda pilləkən sayanlar xoşbəxt insanlardır. İstənilən arzunu həyata keçirə bilərlər və inanca görə, bu mütləq gerçəkləşəcək. Mənim üçün Şahi-Zinda da maraqlı olan bu oldu ki, burada vaxtılə Əmir Teymurun dəvəti ilə Səmərqəndə gələn, bəzi mənbələrə görə isə məcburi gətirilən azərbaycanlı rəssamların və sənətkarların əl işlərinə rast gəlmək mümkündür. Bəli, bu gün Şahi-Zinda məqbərəsinin divarlarını Azərbaycan rəssamlarının işləri bəzəyir ki, məhz buna görə də ora getmək lazımdır.

Səmərqənddə səfər ediləsi yerlərdən biri də Uluqbəyin rəsədxanasına olub. Bu rəsədxana 1 420-ci ilə aid rəsədxananın qalıqlarıdır. Onlar 1 908-ci ildə arxeoloji qazıntılar zamanı aşkar edilib. Arxeoloqlar belə qənaətə gəliblər ki, rəsədxana silindrik formada və üç mərtəbəlidir. Qazıntılar zamanı unikal ölçü aləti - günəşin və ulduzların hündürlüyünü müəyyən etməyə imkan verən sekstant aşkar edilib. Rəsədxanaya Əmir Teymurun nəvəsi Uluqbəyin özü rəhbərlik edirdi. Bu gün rəsədxana otaqlarının bünövrəsi və hüdudları yenidən yaradılıb.

18 metrlik peyğəmbər qəbri və şəfalı su

Səmərqənddə gəzməli və görməli növbəti yerlərdən biri də Müqəddəs Daniyarın, özbəklərin Xoca Daniyar dedikləri məqbərədir. Bu məqbərə çox heyrətamiz yerdir. Bura üç dinin - islam, pravoslav və iudaizmin nümayəndələri gəlir. Rəvayətə görə, burada İncildə adı keçən peyğəmbər Daniel (Daniyar) dəfn olunub. İkinci, daha realist versiyaya görə, burada Məhəmməd peyğəmbərin əmisi oğlunun müttəfiqi Xoca Daniyar dəfn olunub. Daha bir versiya da var ki, burada qəbir deyil, peyğəmbərin Babildəki qəbrindən gətirilən torpaqdır. Bu və ya digər şəkildə hər gün üç dindən olan yüzlərlə zəvvar buraya gəlir.

18 metr uzunluğunda olan Xoca Daniyar Qəbrin yanından müqəddəs bulaq axır. Bir çox insanlar ondan su içdikdən sonra şəfa tapdıqlarını deyirlər. Həmçinin, məqbərənin girişində püstə ağacı bitir.

Müasir Səmərqənd ərazisində yerləşən Afrosiab yaşayış məskəni yazılı mənbələrdə ilk dəfə eramızdan əvvəl VIII əsrdə qeyd edilib. 19-cu əsrin sonlarında aparılan arxeoloji qazıntılar zamanı alimlər eramızdan əvvəl 8-ci əsrə aid çoxlu əsərlər aşkar ediblər. Həmçinin buradan orta əsrlərdə Səmərqənd həyatından bəhs edən sonradan arxeoloji tapıntılar tapılıb. Məsələn, burada IX əsrə aid Samanilər sarayının xarabalıqları aşkar edilib, lakin təəssüf ki, bu günə kimi gəlib çatmayıb. Qazıntılar zamanı tapılan bütün qədim eksponatlar eyniadlı muzeydə yerləşir.

Şəhər ətrafında salınan sənətkarlıq kəndi

Səmərqənddən cəmi 13 kilometr məsafədə Konigil adlanan sənətkarlıq kəndi yerləşir. Həqiqi sənətkarlıq nümunələrini görmək istəyən turistlər mütləq buranı görməyə gəlirlər. Bu kəndi görmək bizə də nəsib oldu.

Mənə görə, Konigil bir növ Lahıc qəsəbəsinin bir oxşarıdır. Konigil özünəməxsus sənətkarlıq ənənələri, saf təbiəti, kölgəli ağacları və yaxınlıqdan axan Siab çayı ilə məşhurdur. Amma, bəlkə də, bu guşənin əsas cazibəsi kağız istehsalının həyata keçirildiyi “Meros” fabrikidir.

Belə ki, kağız fabrikinin əsasını sənətkarlar Muxtarov qardaşları qoyublar. Onların sayəsində fabrik yenidən dirçəlib və qədim üsulla kağız istehsalını davam etdirirlər. Bu texnologiya kağız maşınlarının meydana çıxmasından çox əvvəl istifadə edilib. Bu texnologiyanın əsas xüsusiyyəti yalnız təbii xammaldan istifadə edilən əl əməyidir. Bu səbəbdən də kağız kimyəvi maddələrlə ağardılmadığı üçün bir az sarımtıl rəngdə olur. Kağızın gücü müasir ağardılmış kağızdan əhəmiyyətli dərəcədə fərqlənir. Müqayisə üçün deyək ki, adi vərəq 40 il, Səmərqənd kağızı isə 2 000 il saxlanıla bilər.

Səmərqənd kağızının hazırlanması prosesini öz gözlərinizlə görmək üçün turistlərə fabrikə ekskursiyalar təşkil edilir. Təbii ki, fabrikdə onlar istehsal texnologiyası ilə ətraflı tanış olur və Səmərqənd kağızından hazırlanmış məhsulları nümayiş etdirəcəklər. Səmərqənd kağızı təkcə suvenirlərin hazırlanmasında deyil, həm də qədim əlyazmaların bərpasında istifadə olunur. Belə kağız bütün Özbəkistanda və xaricdə sifariş edilir.

4 günlük səfərin 40 gün danışılacaq təəssüratı

Səmərqənd haqqında çox danışmaq, çox yazmaq olar. 4 günlük Səmərqənd səfərini 40 gün, 40 gecə də danışsan yetməz. Ancaq necə deyirlərsə, min danışmaqdansa, bir görmək yaxşıdır. Hələ özbək mətbəxi – Samsa, Mastava, Şurpa və təbii ki, müxtəlif növdə ləziz özbək plovlarını, Səmərqənd çörəklərini dadmağı demirəm. Səmərqənd insanlarının qonağa olan hörmətini, sevgisini və gülər üzünü görmək isə tamam başqa bir andır. Bir də ki, necə deyirlər, bu şəhərdə qiymətlər də münasib və hər kəsin cibinə uyğundur. Bunun üçün isə bir yol var: Bilet alıb AZAL-ın təyyarəsi ilə Səmərqəndə uçmaq və sonradan təəssüratlarını dostlarla bölüşmək qalır...

Bir də ki, deyirlər ki, Səmərqənddə bir dəfə olan, ora bir daha qayıtmağı arzulayır. Şahi-Zinda Məqbərəsində 36 pillədən ibarət bir pilləkən var. Rəvayətə görə, bu pilkəkənləri çıxarkən hər kəs ürəyində bir arzu tutmalıdır. Məqbərəni ziyarət etdikdən sonra geri qayıdarkən, piləkəni düşərkən yenidən düşdüyü pillələrin sayı 39 olarsa, arzun mütləq çin olacaq. Xoşbəxtlikdən, pillələrin sayı üst-üstə düşdü və ümid edirəm ki, tutduğm arzum çin olacaq və gözəl Səmərqənd şəhərini görmək bir daha nəsibim olacaq.

Paylaş

Xəbər lenti

Hövsanda açıq ərazidə yanğın baş verib Bu gün, 20:48 Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub Bu gün, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı Bu gün, 20:48 İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib Bu gün, 20:48 Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib Bu gün, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə üz-üzə gələcək Bu gün, 20:48 İsveç HHM-in gücləndirilməsi üçün Ukraynaya növbəti yardım paketi ayıracaq Bu gün, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" matçının start heyətləri AÇIQLANDI Bu gün, 19:48 Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edilib Bu gün, 19:48 Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub Bu gün, 19:48 Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir Bu gün, 19:48 Suriya və Səudiyyə Ərəbistanı birgə bank yaradacaq Bu gün, 19:48 Marianxeles Belluşi Mehriban Əliyevanı təbrik edib Bu gün, 19:48 Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA Bu gün, 19:48 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Bu gün, 18:48 44 yaşlı Dima Bilan baba oldu Bu gün, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Bu gün, 18:48 Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib Bu gün, 18:48 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur Bu gün, 18:48 Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq Bu gün, 18:48 Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Bu gün, 18:48 Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Bu gün, 17:48 Sabah ilin son tutulması olacaq Bu gün, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Bu gün, 17:48 Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA Bu gün, 17:48 Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir Bu gün, 17:48 Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı Bu gün, 17:48 TƏBİB rəhbəri baş həkimi işdən azad etdi Bu gün, 17:48 SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib Bu gün, 17:48 Tarkan 2,5 saata 36 milyon qazanacaq Bu gün, 17:48 Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib Bu gün, 16:48 129 min izləyicisi olan səhifə müştərilərinin başına nə oyun açdı? Bu gün, 16:48 Azərbaycanda "Balıqçılıq haqqında" qanun qüvvəyə mindi Bu gün, 16:48 Sabah ilin son Ay tutulması baş verəcək Bu gün, 16:48 Nepalda daşqınlarda ölənlərin sayı iki dəfə artaraq 332-yə yüksəldi Bu gün, 16:48 9 nömrəli avtobusda sərnişinlərin üzərinə çirkli su axıb Bu gün, 16:48 Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU Bu gün, 16:48 Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın GÖRÜNTÜSÜ Bu gün, 16:48 Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib Bu gün, 16:48 272 kiloqram arıqlayan gənci görənlər tanımadı Bu gün, 15:48 Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək Bu gün, 15:48 "Qarabağ"ın iki yeni transferi Bakıda: Biri nigeriyalı, digəri alman Bu gün, 15:48 Respublika Stadionunun qarşısına avtobusların girişi məhdudlaşdırılıb Bu gün, 15:48 Tatlısesin qızından təsirli paylaşım: "Heç nə etmək istəmirəm!" Bu gün, 15:48 Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb Bu gün, 15:48 Qaraciyəri yağdan qoruyan maddə adi tərəvəzdə tapıldı Bu gün, 15:48 "Sabah" klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM Bu gün, 15:48 Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR