
“Qərb hərbçilərinin Rusiyanın nüvə silahından istifadə etməsini vaxtında aşkar edəcəyinə 100% zəmanət yoxdur”.
“AVESTA.AZ” xəbər verir ki, bu fikri Böyük Britaniyanın Hökumət Kommunikasiya Mərkəzinin (elektron kəşfiyyat xidməti - Red) rəhbəri Ceremi Fleminq deyib.
“Düşünmək istərdim ki, müttəfiqlərimizlə bunu aşkar etmək üçün yaxşı şansımız olacaq, lakin təbii ki, bu sahədə heç vaxt təminat yoxdur. Ümid edirəm ki, Rusiyanın nüvə doktrinasını və Rusiya prezidenti Vladimir Putinin yanaşmasını nəzərə alaraq, biz bu potensial zərbədən vaxtından əvvəl xəbərdar olacağıq, lakin mən hesab edirəm ki, istifadə olunan ritorika narahatlığa layiqdir”-deyə, o bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.