
ABŞ dövlət katibi Marko Rubio və Rusiya XİN başçısı Sergey Lavrov iki ölkə arasındakı münasibətlərdəki "qıcıqlandırıcılar"ı aradan qaldırmaq üçün məsləhətləşmə mexanizmi yaratmağa razılaşıblar.
“Report” xəbər verir ki, bu barədə “Reuters” ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.
M.Rubio və S.Lavrov ümumi geosiyasi maraqlar, gələcək iqtisadi və investisiya əməkdaşlığı məsələlərində razılığa gəliblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.