19-02-2025, 19:01 552

Özbəkistan Ali Məclisi Senatının sədri APA-nın sessiyasına dəvətə görə Azərbaycana təşəkkür edib

Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan və Özbəkistan dost və qardaş ölkələrdir:

"Bizi ümumi tarixi, mədəni dəyərlər birləşdirir. İki ölkə arasında münasibətlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan dövlətinin başçısı Şavkat Mirziyoyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Ölkələrimiz arasındakı bu yaxınlıq siyasi, iqtisadi, mədəni və digər sahələrdə də özünü göstərir".

Söhbət zamanı Milli Məclisin sədri dəvəti qəbul edərək ölkəmizdə keçirilən APA-nın 15-ci plenar sessiyasında iştirakına görə qonağa təşəkkür edib. Bildirib ki, dünyada baş verən mürəkkəb siyasi proseslər fonunda münasibətlərimizin inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Vurğulanıb ki, ölkə başçılarımızın dostluğu qarşılıqlı əlaqələrimizin daha da yaxınlaşmasına mühüm töhfələr verir.

S.Qafarova Özbəkistanın Azərbaycanın işğaldan azad olunmuş Füzuli rayonunda məktəb tikintisi həyata keçirməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini və bunun qardaşlıq münasibətinin təzahürü olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri qanunverici orqanlar arasında da əməkdaşlığın uğurla inkişaf etməsindən məmnunluqla danışıb, bu sahədə Azərbaycan və Özbəkistan parlamentlərində fəaliyyət göstərən parlamentlərarası dostluq qruplarının xüsusi rolunu qeyd edib.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva APA-nın sessiyasına dəvətə görə təşəkkürünü bildirib.

Qonaq qeyd edib ki, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlar heyrətamizdir. Azərbaycanın təşəbbüsü ilə keçirilən tədbirlər qlobal xarakter daşıyır. T.Narbayeva COP29 kimi mühüm qlobal tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkilini və keçirilməsini yüksək dəyərləndirib. O, Özbəkistanda Parlamentlərarası İttifaqın 150-ci Baş Assambleyasının keçiriləcəyini diqqətə çatdırıb və iclasda Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyinə inamını ifadə edib.

Qonaq bildirib ki, iki ölkə başçısının yaxın şəxsi münasibətləri parlamentlərimizə də sirayət edir. Dil və mədəniyyət yaxınlığımız isə əməkdaşlığımızın daha da dərinləşməsinə möhkəm zəmin yaradır. Tənzilə Narbayeva qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatındakı təcrübəsi Özbəkistan üçün də böyük əhəmiyyət kəsb edir.

Söhbət zamanı qonaq Azərbaycanın təşkilata rəhbərliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı üçün mühüm işlər gördüyünü və onların qlobal xarakter daşıdığını qeyd edib.

Paylaş

Xəbər lenti

YENİ KƏŞF: Bu planetin cənubu şimalından 400 dərəcə daha istidir Bu gün, 14:48 Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib Bu gün, 14:48 Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub Bu gün, 14:48 Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşüb Bu gün, 14:48 Anar Bayramov Vüqar Qurbanovun qohumunu işdən çıxardı Bu gün, 14:48 İndiyədək Birinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib Bu gün, 14:48 Azərbaycan Prezidenti: Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir Bu gün, 14:48 İlham Əliyev Bişkekdə Vladimir Putinlə ayaqüstü görüş keçiriblər Bu gün, 13:48 Balıq ovu mövsümü açıldı Bu gün, 13:48 İlhamə Qədimova: Azərbaycanda yerli toxum istehsalı artırılacaq Bu gün, 13:48 Əliyevlə Ərdoğan Bişkekdə nələri müzakirə etdilər? - "Haber Global"ın süjeti Bu gün, 13:48 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazələrin verilməsi qaydaları açıqlanıb Bu gün, 13:48 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir? Bu gün, 13:48 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər müəyyən edilib Bu gün, 13:48 Məşhur aktrisa: "Atamın vəfatını 6 il əvvəl yuxumda gördüm, 6 il sonra onu itirdik" Bu gün, 13:48 13 il əvvəlki qətlin təşkilində təqsirləndirilən şəxs məhkəməyə göndərilib Bu gün, 13:48 Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi Bu gün, 13:48 59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı Bu gün, 13:48 Bu ölkə qlobal fəlakət halında Yer kürəsinin ən təhlükəsiz hissəsidir Bu gün, 12:48 Bişkekdə dövlət və hökumət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verilib Bu gün, 12:48 ŞƏT liderləri Bişkek sammitinin yekununda 28 sənəd imzalayıblar Bu gün, 12:48 Osimhen 300 milyonluq kolleksiyasından olan lüks maşını ilə görüntüləndi Bu gün, 12:48 Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs saxlanılıb Bu gün, 12:48 Sabah 31 dərəcəyədək isti olacaq Bu gün, 12:48 Baku TV telekanalı "YouTube" reytinqlərində liderliyini qoruyur Bu gün, 12:48 Rusiyalı milyarderlərin sərvəti 20 milyard dollar azalıb Bu gün, 11:48 Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gəldi Bu gün, 11:48 Ceyhun Bayramov Bişkekdə Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib Bu gün, 11:48 Modern.az-ın fəaliyyətə başlamasından 17 il ötür Bu gün, 11:48 İlham Əliyev Bişkekdə Narenda Modi ilə görüşüb Bu gün, 11:48 "Arka Sokaklar"ın "Mesut Komiser"i qızına nişanında motosiklet hədiyyə etdi Bu gün, 11:48 Dövlət başçısı Slovakiya Prezidentini təbrik edib Bu gün, 11:48 Prezident: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur Bu gün, 11:48 Prezidentin sosial media hesablarında "ŞƏT plyus" formatında iştirakına dair görüntülər paylaşılıb Bu gün, 11:48 Qəbələ-Bakı qatarının yoluna çıxan Ağdaş sakini həyatını itirib Bu gün, 11:48 Trabzonda Salahın yaşadığı küçə onun adını daşıyacaq Bu gün, 11:48 Bişkekdə ŞƏT liderləri bir araya gəldi – sammit başladı Bu gün, 10:48 İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir Bu gün, 10:48 Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub Bu gün, 10:48 Hacı Zeynalabdin Tağıyevin vəfatından 102 il ötür Bu gün, 10:48 Çinli döyüşçü Şanxaydakı qələbədən sonra Nurmaqomedovla yaşanan insidentdən danışdı Bu gün, 10:48 Bu tarixədək şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Bu gün, 10:48 Elcan Rəsulovun 30 il əvvəlki FOTOsu Bu gün, 10:48 Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı Bu gün, 10:48 "Trend" 31 yaşını qeyd edir Bu gün, 10:48 Bu rayonlarda 2 gün QAZ OLMAYACAQ Bu gün, 10:48 Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin Bu gün, 10:48 ABŞ-nin "Times" meydanında silahlı hücum: 1 ölü, 1 yaralı Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR