25-02-2025, 22:48 423

Azərbaycan XİN Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb

33 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı xüsusi amansızlıq və qəddarlıqla ötən əsrin ən dəhşətli insanlıq əleyhinə cinayətlərindən biri olan Xocalı soyqırımı törədilib. 1 gecədə 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfərin qətlə yetirildiyi Xocalı soyqırımının 33-cü ildönümündə bu dəhşətli cinayətin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik.

AVESTA.AZ xəbər verir ki, bu sözlər, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı yaydığı bəyanatda yer alıb.

Bəyanatda daha sonra deyilir:

"Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı xüsusilə azərbaycanlıların çoxluq təşkil etdiyi Bağanis Ayrım, İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərində törədilən kütləvi qətliamların xronologiyasına baxmaq Xocalı soyqırımının Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlük siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu anlamaq üçün kifayətdir.

Xocalı şəhərinin hələ 1991-ci ildən mühasirəyə alınması, avtomobil əlaqəsi və elektrikin kəsilməsi, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə isə kütləvi şəkildə atəşə tutularaq keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliyin törədilməsi bu qətliamın məqsədyönlü və planlı şəkildə icra edilməklə, mahiyyəti etibarilə soyqırımı olduğunu təsdiqləyir. Xocalı soyqırımı zamanı 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 68 qadın və 26 uşaq daxil olmaqla, 1275 nəfər əsir götürülüb.

Xocalı soyqırımı zamanı mülki insanların xüsusi amansızlıqla qətlə yetirilməsi, onlara qarşı nümayiş olunan qeyri-insani rəftar, verilmiş işgəncələr, öldürülən insanların nəşinin alçaldılması kimi elementlər özlüyündə beynəlxalq humanitar hüquq, insan hüquqları hüququ, bu istiqamətdə mövcud beynəlxalq konvensiyalar, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyalara zidd olmaqla, beynəlxalq hüquqi məsuliyyət doğurur.

Xocalı cinayətkarlarının etirafları, xüsusilə soyqırımı şahidləri tərəfindən də kimliyi təsbit edilmiş Monte Melkonyanın Xocalının "strateji məqsəd olmaqla yanaşı, revanş aktı" olduğunu bildirməsi, soyqırımının təşkilatçılarından biri olan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın "Xocalıda ermənilərin dinc azərbaycanlılara əl qaldırmayacağı stereotipini qırması" və bununla bağlı "heç bir peşmanlığın duyulmaması" bəyanatları Xocalı soyqırımının məqsədyönlü şəkildə törədildiyini və soyqırımı ilə bağlı beynəlxalq hüquqi məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü sübuta yetirir.

Beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı ilə bağlı mövcud fakt və dəlillərə etinasızlığı Ermənistanın azərbaycanlılara qarşı müharibə cinayətlərinin həm keçmiş işğal dövründə, həm də 44 günlük Vətən müharibəsi zamanı xüsusilə mülki obyektlərə hücumlarla davam etməsinə səbəb oldu.

Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün, 19-20 sentyabr 2023-cü il antiterror əməliyyatları nəticəsində isə suverenliyimizin bərpa olunması, Xocalının azad olunması, müharibə cinayətkarlarının hüquqi məsuliyyətə cəlb olunması tarixi ədalətin təcəssümüdür.

Bu gün, xalqımızın sağalmayan yaralarından biri olan Xocalıya digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi həyat qayıdır, dövlətimiz və xalqımız soyqırımı qurbanlarını unutmur, onların xatirəsini əbədiləşdirir.

Xocalı soyqırımının 33-cü ildönümündə faciənin günahsız qurbanlarının xatirəsini bir daha dərin ehtiramla yad edirik".

Paylaş

Xəbər lenti

Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR