25-02-2025, 23:48 334

Xronika:

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "And erməni mənbələrində niyə Hand kimi qeyd edilir?" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Anağızoğlu, Anagüney, And, Angersak toponimi haqqında söz açılıb.

Bildirilib ki, tarix boyu azərbaycanlılara qarşı etnik, dini və milli ayrı-seçkilik siyasəti yürüdən Ermənistan və onun rəhbərləri xəbis əməllərindən əl çəkməyərək addəyişmə əməliyyatlarını açıq şəkildə həyata keçiriblər.

Anağızoğlu - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonun Toxluca kəndində qışlaq olub.

Anagüney - Şəmşəddil mahalının Dilican şəhəri ərazisində vadi adıdır.

And - Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonda kənd olub. 1873-cü ildən burada yaşayan azərbaycanlılar 1918-1919-cu illərdə ermənilər tərəfindən vəhşicəsinə qovulub. İndiki Ermənistanda 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönüblər. 1948-1949-cu illərdə Azərbaycana köçürülüb və kənd ləğv edilib. İndi xaraba kənddir.

Angersak - Kərpibasar mahalının Əştərək, sonralar Aştarak adlandırılan rayonda kənd adıdır. Yerli əhali kəndə Ənirsək deyib. Kənddə 1873-cü ildən 1919-cu ilədək yalnız azərbaycanlılar yaşayıb. 1920-ci ildə kəndin sakinləri erməni soyqırımına məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunub. 1959-cu ildə kənd ləğv edilib və xaraba qoyulub.

Sonda vurğulanıb ki, Qərbi Azərbaycanın qədim ərazisində yerləşən bu toponimlər də mənfur ermənilər daşı-daş üstündə qoymadığı, böyük həvəslə addəyişmə əməliyyatları aparmalarını təsdiqləyən faktlardır: "Lakin ermənilər türklərin tarixən və ruhən bağlı olduğu doğma yurdlara dönəcəyini unudublar. Əminik ki, bu qayıdış ermənilərin saxta əməllərinə və yalanlarına son qoyacaq".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Paylaş

Xəbər lenti

"Neftçi"nin şikayəti təmin edilmədi Bu gün, 19:48 İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib Bu gün, 19:48 Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb Bu gün, 19:48 Bu rayonun 4 kəndində qaz olmayacaq Bu gün, 19:48 "Google"un Azərbaycanda bazar payı artıb, "ChatGPT"nin isə azalıb Bu gün, 19:48 İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub Bu gün, 19:48 "Haber Global" İlham Əliyevin Avropa Siyasi Birliyi Sammitində Zəngəzur dəhlizi ilə bağlı çıxışına diqqət çəkdi Bu gün, 18:48 Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı Bu gün, 18:48 Paşinyan "Avropa Siyasi Birliyi"nin sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib Bu gün, 18:48 "Space"in yeni rəhbəri kimdir? - DOSYE Bu gün, 18:48 İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 18:48 İstilik enerjisi ilə bağlı qayda təsdiqləndi - Noyabrın 1-dən mayn 1-dək... Bu gün, 18:48 Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb Bu gün, 18:48 İstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏB Bu gün, 18:48 İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir Bu gün, 18:48 Türkiyə və Ermənistan arasında müqavilə imzalandı Bu gün, 18:48 WUF13 çərçivəsində Bakıda xüsusi hərəkət zolaqları yaradılacaq - BU KÜÇƏLƏRDƏ Bu gün, 17:48 Azərbaycanda əkilməyən torpaqlarla bağlı ayrıca qanun layihəsi hazırlanır Bu gün, 17:48 Azərbaycan ADB-nin gələcək fəaliyyəti üçün əsas amilləri açıqlayıb Bu gün, 17:48 Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir Bu gün, 17:48 Hava ilə bağlı əhaliyə daha bir XƏBƏRDARLIQ Bu gün, 17:48 "Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ Bu gün, 16:50 Nəsrin Cavadzadənin nikahından görüntülər yayıldı Bu gün, 16:49 Filippində 6 bal gücündə zəlzələ olub Bu gün, 16:49 Rusiyada vətəndaşlıq üçün rüsum artırıla bilər – yeni qanun layihəsi təqdim olunub Bu gün, 16:49 Qaraheybət təlim mərkəzində bədbəxt hadisə Bu gün, 16:49 Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM Bu gün, 16:49 Azərbaycanda bəzi cərimələr ləğv olunacaq Bu gün, 16:48 Azərbaycanla BMT arasında WUF13-lə bağlı saziş TƏSDİQLƏNDİ Bu gün, 16:48 Tramp Hörmüz boğazı üçün "Azadlıq layihəsi"ni elan etdi Bu gün, 16:48 XƏBƏRDARLIQ! 3 gün ard-arda hava PİS KEÇƏCƏK - Bu tarixdən... Bu gün, 16:48 Avstriya üç rus diplomatını ölkədən çıxarır Bu gün, 16:48 İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib Bu gün, 15:48 TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olunub Bu gün, 15:48 "Bayern" - "PSJ" matçının hakimi bilindi - Parislilər onunla kubok qaldırıb Bu gün, 15:48 Neftçalada 11, Hacıqabulda 1 kənd qazsız qalacaq Bu gün, 15:48 Kollecə hazırlaşanların DİQQƏTİNƏ: Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI Bu gün, 15:48 Dövlətə xəyanətdə ittiham olunan Vüsal Kamilliyə AĞIR CƏZA Bu gün, 15:48 "Report" UNEC Tədqiqat Fondu ilə birlikdə yeni analitik məhsul təqdim edir Bu gün, 15:48 Tağıyev qəsəbəsinə gedən yolda sürücülər üçün ciddi TƏHLÜKƏ - Bu yolda maşınların təkəri sıradan çıxır Bu gün, 15:48 Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib Bu gün, 14:48 Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub Bu gün, 14:48 "Haber Global" İlham Əliyevin İrəvandakı tədbirdə çıxışı ilə bağlı süjet hazırladı Bu gün, 14:48 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndərilib Bu gün, 14:48 Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al! Bu gün, 14:48 Polkovnikin oğlunu qətlə yetirən şəxs: "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım" Bu gün, 14:48 Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün könüllü qeydiyyatı başlanıb Bu gün, 14:48 Ötən ay 18 nəfər dövlət sərhədini pozduğuna görə saxlanılıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR