
Ötən gün Qaradağ rayon Lökbatan qəsəbəsində qadın yoxa çıxıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Alzheimer xəstəsi olan 69 yaşlı Səriyyə Əkbərova ötən gün Lökbatan qəsəbəsi massiv 1 ünvanından yoxa çıxıb.
O, evdən çıxarkən əynində qara rəngli don, qəhvəyi gödəkçə və qara ayaqqabı olub. Yaxınları hadisə barədə polisə məlumat verib. Qadını görənlərdən polisə məlumat vermələri xahiş edilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.