
İstanbulda restorana silahlı hücum edilib.
AVESTA.AZ xəbər verir ki, hadisə Yenimahalledəki Ahmet Kabaklı prospektində yaşanıb. Üzü maskalı iki naməlum şəxs restorana girərək məkanın sahibinə və ofisiantlardan birinə silahdan atəş açıb.
Daha sonra restorandan qaçıblar. Məkan sahibinə iki, ofisianta isə bir güllə dəyib.
Hadisə yerinə polis və təcili yardım çağırılıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Baş vermiş insidentlə bağlı araşdırmalara başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.