28-02-2025, 16:48 521

XİN: Ermənistan XİN-in hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərlə bağlı bəyanatını rədd edirik

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda erməni məhbuslarla və  hərbi cinayətlərdə ittiham olunan şəxslərlə pis rəftar, o cümlədən onların davam edən məhkəmə prosesi ilə bağlı əsassız iddiaların qeyd olunduğu 28 fevral 2025-ci il tarixli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.

AVESTA.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda erməni məhbusların və müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesi ilə bağlı əsassız bəyanatına dair şərhində bildirilib.

Ermənistanın 30 ilə yaxın müddətdə qayğısına qaldığı separatçı liderlər və saxlanılan digər erməni əsilli şəxslər ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər. Cenevrə Konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir. Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər.

Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə araşdırılıb və bu iddialar yalandır. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin mütəmadi səfərləri, ailə üzvləri ilə telefon və video əlaqələri həyata keçirilib və sonuncu dəfə belə görüş fevral ayında təşkil olunub.

Yaxşı məlumdur ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs  hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib. Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra, Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər. Ermənistan XİN-ə onu da xatırlatmaq istərdik ki, Azərbaycan həmçinin 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirlərindən sonra 10 mindən çox qeyri-qanuni erməni silahlı qüvvələrinə silahı yerə qoymağa və Azərbaycan ərazilərini tərk etməyə icazə verməklə böyük jest edib.

Azərbaycandan fərqli olaraq, Ermənistan nə azərbaycanlı hərbi əsirlərə və həbs edilmiş mülki şəxslərə qarşı ləyaqəti alçaldan rəftar halları ilə bağlı heç bir araşdırma başlatmayıb, nə də itkin düşmüş 4000 azərbaycanlının yeri barədə məlumatların verilməsində əməkdaşlıq edib. Şahidlərə və çoxsaylı faktlara əsasən, beynəlxalq humanitar hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları kobud şəkildə pozularaq, bütün azərbaycanlı hərbi əsirlərə işgəncə verilib, onlar pis rəftara məruz qalıb, ləyaqəti alçaldan şəraitdə saxlanılıblar.

Görünən odur ki, Ermənistan tərəfindən belə bir bəyanatın verilməsi, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər narahat olduqlarını nümayiş etdirir. Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir.

Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni "səhnələşdirilmiş" adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.

Bu kritik dönəmdə, Azərbaycan tərəfi hərbi cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsi də daxil olmaqla regionda sülh səylərinə xələl gətirən əsassız bəyanatlardan Ermənistan tərəfinin çəkinəcəyini gözləyir.

Paylaş

Xəbər lenti

Gəncədə 33 yaşlı kişi bıçaqlanıb Bu gün, 09:48 Muxtar Babayev: İqlim dəyişikliyi fermerlərin istehsal şəraitinə təsir edir Bu gün, 09:48 39 yaşlı qadın bıçaqlandı - Şübhəli qardaşıdır Bu gün, 09:48 Apteklərdən pulsuz dərmanları nə vaxtdan ala biləcəyik? - RƏSMİ Bu gün, 09:48 51 yaşlı aktyor anasının yanında dəfn olundu Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq Bu gün, 09:48 Bakıda ilk beynəlxalq etik haker konfransı – CyberHackCon 2026 keçiriləcək Bu gün, 09:48 Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimləri Xankəndiyə səfər ediblər Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 108 dolları ötüb Bu gün, 09:48 Xalq artisti Aleksandr Şarovski vəfat edib Bu gün, 09:48 Bakıda və rayonlarda İŞIQ SÖNƏCƏK - Saat 10:00-dan etibarən... Bu gün, 08:48 SEPAH ABŞ-nin iki esminesi və 8 neft tankerinə zərbə endirib Bu gün, 08:48 "Real Madrid" "İnter"lə oyunda çətin qələbə qazandı Bu gün, 08:48 Zərdabda DƏHŞƏTLİ QƏZA: 5 nəfər yanaraq ölüb - ADLAR Bu gün, 08:48 Üç milyardlıq plan: İsraillə Yunanıstanın hərbi əməkdaşlığı region üçün nə vəd edir? Bu gün, 08:48 Zubirin yeni klubunda gözlənilməz problem yarandı Bu gün, 08:48 Yüksək sürət yenə CAN ALDI Bu gün, 00:48 Sonuncu "Miss Avstriya" müsabiqəsinin qalibi 22 yaşında vəfat etdi Bu gün, 00:48 Karni: ABŞ ilə razılaşma yalnız hər iki tərəfin maraqları nəzərə alınmaqla mümkündür Dünən, 23:48 UFC reytinqləri yeniləndi: Rafael Fiziyev ilk onluğa qayıtdı Dünən, 23:48 Azərbaycan atleti Tehran Məmmədov tələbələr arasında dünya çempionatında qızıl medal qazanıb Dünən, 23:48 ABŞ İranın aviasiyasına qarşı sanksiyalar tətbiq etdi Dünən, 23:48 "Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq Dünən, 23:48 Böyük Britaniya İrana qarşı sanksiyaları sərtləşdirəcək Dünən, 22:48 İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq Dünən, 22:48 SEPAH Hörmüz boğazında ABŞ-yə məxsus sualtı aparatı ələ keçirib Dünən, 22:48 Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib Dünən, 22:48 Həkim göstərişi olmadan uşaqlara vitamin verməyin hansı təhlükələri var? Dünən, 22:48 "Hizbullah"ın məğlubiyyəti və İranın sükutu Dünən, 21:48 "Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib Dünən, 21:48 ABŞ İran aviasiyası ilə əlaqəli 36 qurum və şəxsə qarşı sanksiyalar tətbiq edib Dünən, 21:48 Bakının yollarında görünməyən təhlükə: Asfalt örtüyünün altında nə baş verir? Dünən, 21:48 Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb Dünən, 20:48 Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib Dünən, 20:48 Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib Dünən, 20:48 Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir Dünən, 20:48 AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb Dünən, 20:48 Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır Dünən, 19:48 Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər həyatını itirdi Dünən, 19:48 Serbiya uzaqmənzilli ballistik raket istehsal edəcək Dünən, 19:48 ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır Dünən, 19:48 Putin və Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər Dünən, 19:48 Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib Dünən, 18:48 Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə bağlı qərar verib Dünən, 18:48 Dövlət büdcəsinin gəlirləri AÇIQLANDI Dünən, 18:48 Avropa avtomobil sənayesinin çöküşü ilə üz-üzədir Dünən, 18:48 İpoteka və Kredit Zəmanət Fondunun yeni sədri kollektivə təqdim edilib Dünən, 17:48 Bu ərazi üzrə PENSİYALAR VERİLDİ Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR