1-03-2025, 22:48 569

Qiymətlər yenidən sürətlə artmağa başlayıb - SƏBƏB NƏDİR?

Rəsmi statistika göstərir ki, 2025-ci ilin ilk ayında qiymət artımı keçən ilin dekabr ayına nisbətən daha çox olub. Bəs görəsən, inflyasiya niyə sürətlənib? Qiymətlərin yenidən sürətlə artmağa başlamasının səbəbi nədir?

Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatları açıqlayıb. Məlumata əsasən, 2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2024-cü ilin yanvar ayına nisbətən 5,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5 faiz, qeyri-qida məhsulları üzrə 2,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,4 faiz artıb.

2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin dekabr ayına nisbətən 4,9 faiz idi. Yəni istehlak qiymətləri indeksinin artım tempi 4,9 faizdən 5,4 faizə yüksəlib.

2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən (dekabr) bir faiz, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 0,6 faiz yüksəlib.

Maraqlıdır, inflyasiya niyə sürətlənib? Qiymətlərin yenidən sürətlə artmağa başlamasının səbəbi nədir?

AVESTA.AZ "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Qiymət artımı proqnozlaşdırılan diapazonda dəyişir"

Millət vəkili Vüqar Bayramov "Kaspi"yə açıqlamasında bildirdi ki, bütövlükdə inflyasiya qeydə alınsa da, rəsmi statistika göstərir ki, qiymət artımı proqnozlaşdırılan diapazonda dəyişir: "İnflyasiya göstəriciləri üçün proqnozlaşdırılan diapazon 4-6 faiz arasıdır. Sözsüz ki, biz 2024-cü il və eləcə də, ötən ilin son ayı ilə müqayisədə inflyasiya səviyyəsində artımı müşahidə edirik. Bunun əsl səbəbi idxal inflyasiyasıdır. Biz yanvar ayında idxal inflyasiyasının qiymət artımına, istehlak bazarına təsirlərini müşahidə etdik. Bu da inflyasiya səviyyəsində özünü göstərdi".

"Süni qiymət artımına qarşı mübarizə gücləndirilməlidir"

Millət vəkili deyir ki, yanvar ayında bazarda yerli kənd təsərrüfatı məhsullarının payı azalıb, bu da nəticə etibarilə istehlak bazarında məhsul strukturuna təsir göstərir. Bunun nəticəsində də biz qiymətlərdə artımları müşahidə edirik: "2025-ci ildən ölkədə sosial paket icra olunub. Sosial paketin icrasına uyğun olaraq təbii ki, tələbin, istehlakın artması gözlənilir. Amma bu kontekstdə süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsinə ehtiyac var ki, istehlak bazarında yeni qiymət artımları müşahidə olunmasın. Birmənalı şəkildə müvafiq dövlət qurumu tərəfindən süni qiymət artımlarına qarşı mübarizə gücləndirilməlidir".

"İdxalın əvəzlənməsi prosesi intensivləşməlidir"

V.Bayramov vurğulayır ki, regionda qiymət artımı müşahidə olunduğu üçün bu, bizə də təsirsiz ötüşmür: "İdxalın əvəzlənməsi prosesi intensivləşməlidir, çünki bu proses praktiki olaraq, idxal inflyasiyasının təsirlərinin minimumlaşdırılmasına gətirib çıxara bilər. Hazırda regionda qiymət artımı müşahidə olunur. Bu da idxal vasitəsilə Azərbaycan istehlak bazarında da inflyasiya səviyyəsinə təsir göstərir".

İstehsal sahəsində çətinliklər...

İqtisadçı Eldəniz Əmirov bildirdi ki, inflyasiyanın ötən illə müqayisədə bu il daha yuxarı olacağı proqnoz edilirdi: "Bunun səbəbi istehsal və təchizat zəncirində olan çətinliklər, tələbin müəyyən qədər artması, eyni zamanda idxal etdiyimiz ölkələrdə məhsulların istehsal-logistika xərclərinin artmasıdır".

Mütəxəssis hesab edir ki, 2025-ci il üzrə olan proqnoz göstəriciləri real nəticələri aşmayacaq.

İqtisadçı Xalid Kərimli isə bildirir ki, inflyasiyanın sürətlənməsi səbəbi yanacağın qiymətinin artmasıdır: "Ötən ilin ikinci yarısından benzinin qiyməti 10 faiz, dizelin qiyməti isə 25 faiz artdı. Enerji qiymətlərinin artması ciddi surətdə inflyasiyaya təsir edəcək amildir. Təkcə dizel yanacağının qiymətinin artırılması istehsal xərclərinin, kənd təsərrüfatı məhsullarının, tikinti materiallarının daşınmasının qiymətini ciddi şəkildə artırır".

Hansı məhsullar bahalaşıb?

Məlumat üçün bildirək ki, cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarında daha çox bahalaşma olub. Buna misal olaraq, balıq məhsullarını, uşaq qidası üçün quru süd qarışığını, kərə, günəbaxan və qarğıdalı yağlarını, süfrə marqarinini, naringi, alma, armud, heyva, nar, xurma, kivi, qoz, fındıq, şabalıd, ağ kələm, göyərti, xiyar, pomidor, şirin bibər, balqabaq, sarımsaq, soğan və kartofu qeyd etmək olar. Makaron, təzə balıq, yumurta, portağal, banan və yerkökünün qiymətlərində isə enmə müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Həmçinin bu ilin yanvar ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz artıb. Yanvar ayında əvvəlki ayla müqayisədə bəzi qeyri-qida məhsullarında bahalaşma qeydə alınıb. Buna misal olaraq kərpicin, sulu boyaların, pambıq parçaların, çilçıraqların, zərgərlik məmulatlarının qiymətinin artmasını göstərmək olar. Kəsilmiş taxtaların, laminat parketlərin, yazı kağızlarının qiymətlərində isə enmə müşahidə olunub.

Paylaş

Xəbər lenti

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var? Bu gün, 17:48 Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq" Bu gün, 17:48 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi Bu gün, 17:48 İlham Əliyev: "Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur" Bu gün, 17:48 İlham Əliyev: Azərbaycanın xarici borcu ÜMD-ə nisbətdə 5,6 % təşkil edir, bu dünyada ən aşağı göstəricilərdən biridir Bu gün, 17:48 Pol Aron: "Azərbaycanlı azarkeşlər çox səmimi və xüsusidir" Bu gün, 17:48 Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib Bu gün, 16:48 Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib Bu gün, 16:48 "Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək Bu gün, 16:48 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 700 mindən çox vətəndaş... Bu gün, 16:48 İlham Əliyev: Bizə kömək edən olmayıb, silahları da öz pulumuza almışıq Bu gün, 16:48 Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək Bu gün, 16:48 YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib Bu gün, 16:48 Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib Bu gün, 16:48 Bakıda keçirilən "ADEX 2026" və "Securex Caspian" sərgiləri başa çatıb Bu gün, 16:48 Aqrar sahədə dövlətin vəzifələri müəyyənləşir Bu gün, 16:48 Rayonlarda şimşək çaxır, arabir yağış yağır - FAKTİKİ HAVA Bu gün, 16:48 2027-ci ildə qiymətlər necə tənzimlənəcək? - Komitə üzvündən AÇIQLAMA Bu gün, 15:48 Zəngilanda ilk dəfə "Qarabağa Qayıdış – İlk Texnika Festivalı" keçirilib Bu gün, 15:48 Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi Bu gün, 15:48 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb Bu gün, 15:48 Binəqədi şosesində yol ikizolaqlı oldu Bu gün, 15:48 Nərimanovda tikintisi davam edən mənzillər üçün yeni satış şərtləri: hansı imkanlar var? – ƏTRAFLI Bu gün, 15:48 Pensiya və müavinət artımı ilə bağlı deputatdan paylaşım Bu gün, 14:48 Bakıda qarajdan meyit tapıldı Bu gün, 14:48 DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqları konfetlə zəhərləməsi iddiası təsdiqini tapmayıb Bu gün, 14:48 Komitə sədri: "Prezident qarşıda duran vəzifələri açıqladı" Bu gün, 14:48 Nazir kombayn sürdü Bu gün, 14:48 Sumqayıtda məktəbdə 21 şagird zəhərlənib - TƏFƏRRÜAT Bu gün, 14:48 Yardımlıda çayxanaya basqın: Sahibkar bıçaqlandı Bu gün, 14:48 Texnologiyada qadın gücü: Bir "Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb Bu gün, 14:48 Nazirlik bu rayonlarda evlər tikdirəcək Bu gün, 14:48 Sabah Azərbaycanda güclü yağış yağacaq Bu gün, 13:48 Lalə Məmmədova: "Günahlara boyanalımmı?" Bu gün, 13:48 Bir ay ərzində özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 10 nəfər tutulub Bu gün, 13:48 Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolu təmir etdirilir Bu gün, 13:48 Murad Ceylan tanınmaz hala düşdü Bu gün, 13:48 Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək Bu gün, 13:48 Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR Bu gün, 13:48 Tünzalə Ağayeva Xorvatiyada "Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi Bu gün, 13:48 Maaş artımından sonra qiymətlər BAHALAŞACAQMI? - Komitə üzvü danışdı Bu gün, 13:48 Şəmkir-Gədəbəy yolunda yük maşını dərəyə aşıb Bu gün, 13:48 Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir Bu gün, 12:48 Gözəllik salonundan 3000 manatlıq kosmetika oğurlayan kişi tutuldu - ANBAAN VİDEO Bu gün, 12:48 Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polisdən açıqlama Bu gün, 12:48 Zakir Həsənov və Yaşar Gülər arasında Şuşada ikitərəfli görüş keçirilib Bu gün, 12:48 Aygün Kazımovadan "Nigaranam" sürprizi – Britaniyalı müğənni ilə duet Bu gün, 12:48 Zakir Həsənov: Şuşada keçirilən görüşün xüsusi əhəmiyyəti var Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR