
Bakının Sabunçu rayonunda 9 aylıq körpənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2021-ci il təvəllüdlü Güləliyeva Zeynəb Rəşad qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.