
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan xarici işlər naziri Murat Nurtleu arasında təkbətək görüş başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.
Hər iki nazir görüşün müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında keçirilməsini fərəh doğuran fakt kimi qeyd ediblər.
***09:41
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanlı həmkarı Murat Nurtleu ilə görüşüb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.
"Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu rəsmi səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qarşılayır", – paylaşımda qeyd olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.