Biləsuvarda babasıgilə Novruz bayramını qeyd etməyə gedənuşaq ağır xəsarət alıb
AVESTA.AZ unikal-a istinadən xəbər verir ki, hadisə Biləsuvarın Aşağı Cürəli kəndində qeydə alınıb.
Belə ki, Bakıda yaşayan ailə doğma kəndinə Novruz bayramını qeyd etmək üçün gəlib. Ailənin 6 yaşlı övladı G. N. Niyaməddin qızı ehtiyatsızlıqdan pilləkandan yıxılıb.
Ağır xəsarət alan uşaq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.