
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Afrika üzrə seçmə mərhələsinin C qrupunda Ruanda Nigeriyaya məğlub olub - 0:2.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, oyundan sonra Ruandanın oyunçusu Ange Mutsinzi Nigeriya təmsilçisi Viktor Osimhenə "Zirə" formasını hədiyyə edib.
Tanınmış forvard da "Qalatasaray" geyimini Azərbaycan klubunun üzvünə bağışlayıb.
Qeyd edək ki, Viktor Osimhen qarşılaşmada dubl edərək komandasına qələbə qazandırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.