22-03-2025, 15:48 573

Əməliyyat zamanı antisanitariya? - Cərrah döşəmədə qığırdaq əzdi

Həkim Elman Əzimovun "Mərcan Medicare Clinic" xəstəxanasında əməliyyat zamanı sterilliyə əməl etmədiyi ilə bağlı iddia səsləndirilib.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən həkimin burun əməliyyatı icra edən zaman pasiyentə nəql olunacaq qığırdağı yerdə, steril olmayan şəraitdə əzdiyi əks olunan video paylaşılıb.

Həmçinin bildirilib ki, ümumi cərrah olan Elman Əzimov lor və estetik cərrah ixtisası olmadan müvafiq əməliyyatları icra edir.

Məsələyə aydınlıq gətirmək üçün Oxu.Az-ın müraciət etdiyi "Mərcan Medicare Clinic"dən bildirildi ki, bununla bağlı heç bir məlumat verə bilməzlər, sualları həkim özü cavablandıra bilər.

Həkim Elman Əzimov isə Oxu.Az-a verdiyi açıqlamada sözügedən iddiaların yanlış olduğunu dedi:

"Bu gün bütün dünyada xəstədən çıxarılan patoloji materiallar yerdə müayinə edilir. Bu, istənilən ölkədə, həmçinin Türkiyə, ABŞ, Yaponiya, Koreyada da belədir. Çünki bunun başqa bir yolu yoxdur, hələ ki, yeni bir şey kəşf edilməyib. Materialın müayinəsi üçün yerə steril olmayan və ya steril olan yaşıl mələfə sərilir, onun üzərində də proses icra olunur. Adətən, bu prosesin icrası zamanı steril olan yaşıl mələfədən istifadə edilir. Yerdə olduğu üçün də ya əyilməlisən, ya da oturub bunu icra etməlisən. Patoloji material sümük, qığırdaq, ət toxuması və s. ola bilər. İstənilən həkimdən soruşsanız, müayinənin bu qaydada aparıldığını görəcəksiniz. Burada patoloji materialın müayinəsindən söhbət gedir".

O, görüntünün hansı məqsədlə çəkildiyini bilmədiyini söyləyib:

"Əməliyyatda olan bir hadisədir. Bunu şou formasına salıb təqdim etmək düzgün deyil. Videonu kim çəkib, niyə çəkib - mən bilmirəm. Sözügedən məsələ əməliyyat vaxtı təkrar olunur. Onda gərək bütün əməliyyatlar bu formada çəkilib təqdim oluna. Bu, düzgün bir şey deyil".

Həkim lor və estetik cərrah ixtisasının olmadığı barədə iddialara da cavab verib:

"Mən ümumi cərraham. Uzun müddət estetik cərrah kimi həm Türkiyədə, həm Azərbaycanda təcrübəm var. Estetik əməliyyatlarla bağlı dərs vəsaitlərinin yazılmasında yaxından iştirak edirəm. Eyni zamanda, Tibb Universitetində rezidentlərin rəhbəriyəm. Bu sahədə də bizim geniş fəaliyyətimiz var. Öncül şəxslərdənik.

Bizdə estetik sahənin inkişafında rezidentura təhsili olmadığına görə bu sahə ilə ümumi cərrahlar məşğul olurlar. Türkiyədə də belədir. Türkiyədə 1986-cı ildə plastik cərrahiyyə meydana gələndə plastik cərrah yox idi. Orada çalışanlar ümumi cərrahlar idi. Bu sahədə onların çalışmasına icazə verildi. Bizdə də hazırda keçid dövrüdür. Belə formalaşıb, belə də davam edir. Bizim də ömrümüz keçir, biliklərimizi gənc rezidentlərə öyrədirik ki, plastik cərrahiyyə sahəsində ixtisaslaşsınlar. Onlar da bunu kimdənsə öyrənməlidirlər. Xaricdən bunun üçün mütəxəssis dəvət olunmayıb ki, öz mütəxəssislərimizdir. Azərbaycanda onlara təhsil veririk.

Ümumi cərrahiyyədə də estetik bölümlər var. Dərslərdə estetik prosedurların icrası tədris olunur. Bizim də estetik prosedurların icrası və əməliyyatların estetik prinsiplərə uyğun sonlandırılması ilə bağlı icazəmiz var. Yumşaq toxumalarla işləyir və ya ətrafların amputasiyası zamanı insanı rekonstruksiya edirik. Buna da bizim ixtiyarımız çatır".

Paylaş

Xəbər lenti

Azərbaycanın sədrliyi ilə TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı olub Bu gün, 19:48 Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verildi Bu gün, 19:48 Həkimlər niyə rayonlarda işləmək istəmir? - Tanınmış professor açıqladı Bu gün, 19:48 Ucar sakininə müddətsiz I dərəcə əlillik təyin olundu – Agentlik məsələni nəzarətə götürdü Bu gün, 19:48 Əli Həsənovun oğlu ABŞ-dəki şirkətini bağladı Bu gün, 18:48 Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR? Bu gün, 18:48 Strateji valyuta ehtiyatlarımız neçə aylıq idxalı qarşılaya bilər? - AMB sədri AÇIQLADI Bu gün, 18:48 Bakıda hazırda bir sıra yollarda sıxlıq var - SİYAHI Bu gün, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub Bu gün, 18:48 Ət məhsullarında bahalaşma - Xaricdən idxal nə üçün qiyməti ucuzlaşdırmır? Bu gün, 18:48 Ağstafada avtoqəza olub, xəsarət alanlar var Bu gün, 18:48 XRG SOCAR və "TotalEnergies" ilə birgə "Abşeron" layihəsi üzrə yekun investisiya qərarı hazırlayır Bu gün, 17:48 "Çexiyadan Azərbaycana turist axınını artırmaq mümkündür" Bu gün, 17:48 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı Bu gün, 17:48 Formula 1: Corc Rassel sıralama turunu birinci sırada bitirib Bu gün, 17:48 Pərviz Şahbazov: "Asiyadan Avropaya qədər elektrik enerjisi şəbəkəsi yaratmağı hədəfləyirik" Bu gün, 17:48 SOCAR və "Citigroup" maliyyə sahəsində tərəfdaşlığın genişləndirilməsini müzakirə edib Bu gün, 17:48 NDU-nun Əməkdar müəllimi Zərifə Nəcəfova 91 yaşında vəfat edib Bu gün, 17:48 "Birliyin Gücü - 2026": Zakir Həsənov təlimdə məşqlərin gedişatını izləyib Bu gün, 17:48 Müğənninin şikayəti icraata götürüldü: Bloqer Sevinc Hüseynova təqsirləndirilən şəxs oldu Bu gün, 17:48 2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək Bu gün, 17:48 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ Bu gün, 16:48 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU Bu gün, 16:48 Bakıdan İstanbula qatarla səyahət - Yeni təklifin DETALLARI Bu gün, 16:48 Avtomobillər ötən illə müqayisədə nə qədər bahalaşıb? - AÇIQLAMA Bu gün, 16:48 "Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb Bu gün, 16:48 Başını çəkiclə yardığı keçmiş arvadını bir müddət sonra bıçaqladı Bu gün, 16:48 Elnur Əliyev: "Dəniz limanımızın 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon tona çatdırılacaq" Bu gün, 16:48 Ağcabədidə 8 kiloqram narkotik aşkarlanıb Bu gün, 16:48 Formula 1 Azərbaycan Qran-Prisində sıralama turuna start verilib Bu gün, 16:48 Sezai Uçarmak: "Azərbaycanın üç mindən çox investor şirkəti Türkiyədə fəaliyyət göstərir." Bu gün, 16:48 SOCAR və "Brookfield" enerji infrastrukturu və bərpa olunan enerji layihələrini müzakirə edib Bu gün, 16:48 Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi Bu gün, 15:48 SOCAR BP ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib Bu gün, 15:48 İşimizi şansa buraxmayaq! Bu gün, 15:48 NZS qəsəbəsində güclü yanğın SÖNDÜRÜLDÜ Bu gün, 15:48 Bakıda taksidən istifadə BAHALAŞIB - Ayda 330 manat... Bu gün, 15:48 Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM Bu gün, 15:48 Azərbaycan və Tacikistan baş nazirləri görüşdülər Bu gün, 15:48 Allahverən İsmayılova general-leytenant ali hərbi rütbəsi verilib Bu gün, 15:48 "Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi bəlli olub Bu gün, 15:48 Nazir ətin bahalaşmasından danışdı Bu gün, 14:48 Azərbaycanda bəzi şəxslərə mənzil paylanıldı Bu gün, 14:48 II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 11 sənəd imzalandı Bu gün, 14:48 Bakıda bu marşrutların hərəkət sxemi müvəqqəti DƏYİŞDİRİLİB Bu gün, 14:48 SOCAR, ADSEA və "Esyasoft Holding" arasında imzalanmış Anlaşma Memorandumu mübadilə edilib Bu gün, 14:48 NZS qəsəbəsində güclü yanğın MƏHDUDLAŞDIRILIB Bu gün, 14:48 Dənizdə batan tələbələrin FOTOSU Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR