1-04-2025, 15:48 343

Sürət qatarından istifadə edənlərə ŞAD XƏBƏR

Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi və sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət cədvəlinin optimallaşdırılması çərçivəsində bu xətt üzrə ilk dəfə olaraq İsveçrənin "Stadler" şirkətinin istehsalı olan FLIRT qatarını istifadəyə verib.

AVESTA.AZ səhmdar cəmiyyətinə istinadən xəbər veriri, FLIRT qatarı şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Bakı istiqaməti üzrə xəttə buraxılıb.

Birmərtəbəli, 5 vaqonlu müasir qatarın sərnişin tutumu 550 nəfərədək (268 oturacaq olmaqla) təşkil edir. Qatarın maksimal sürəti 125 km/s, orta sürəti 85 km/s-dir.

FLIRT qatarının istifadəyə verilməsi ilə əlaqədar olaraq, Biləcəri stansiyasında 550 mm-lik yeni platforma tikilib, Sumqayıt istiqamətində mövcud 1100 mm-lik platformanın bir hissəsi endirilərək 550 mm-lik ölçüyə salınıb. Xırdalan stansiyasında isə mövcud platforma 550 mm-lik ölçüyə uyğunlaşdırılıb.

Qatar gündəlik 10 reys həyata keçirir, Bakıdan Xırdalana 21, Xırdalandan Bakıya məsafəni isə 22 dəqiqəyə qət edir. Yeni qrafikə əsasən, Xırdalandan saat 06:53-də hərəkətə başlayan FLIRT qatarı Bakıya 07:15-də çatır. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaradır. FLIRT qatarı ilə Xırdalandan Bakıya növbəti reys saat 08:00-a təyin olunub.

Yeni FLIRT qatarı hərəkət intervalına nəzarət və qatarların optimal məsafədə saxlanılması, sürət həddinin avtomatik tənzimlənməsi və aşılması halında xəbərdarlıq edilməsi, təcili dayanma mexanizmi, qəza və ya icazəsiz hərəkət hallarında qatarın dayandırılması, siqnal sistemləri ilə inteqrasiya, maşinistin xəbərdarlıq və təlimatları alması kimi müasir təhlükəsizlik sistemlərini dəstəkləyir. Həmçinin qatar məlumatların qeydə alınaraq fayl kimi saxlanılması və nasazlıqların təhlilini təmin edir.

ADY-nin qatarla maneəsiz, sürətli, təhlükəsiz daşımalar, Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarburaxma, eləcə də sərnişindaşıma və ötürücülük qabiliyyətinin yüksəldilməsi məqsədilə həyata keçirdiyi tədbirlər "Bakı şəhəri və ətraf ərazilərdə 2025–2030-cu illər üzrə mobilliyin transformasiyası proqramı" və "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda göstərilən əsas hədəflərə çatmaqda önəmli rol oynayır, şəhər mobilliyinin təmin olunmasına ciddi töhfə verir.

Paylaş

Xəbər lenti

Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Dünən, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Dünən, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Dünən, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Dünən, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR