
Sumqayıtda küçədə 75 yaşlı kişinin meyiti aşkarlanıb.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.
Meyiti aşkarlanan şəxs 1950-ci il təvəllüdlü İsfəndiyar Qurban oğlu Mehdiyevdir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.