3-04-2025, 22:48 340

Milli Məclisin deputatı Britaniya parlamentinin Ermənistan üzrə qrupuna etiraz məktubu ünvanlayıb

Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə Birləşmiş Krallıq parlamentinin Ermənistan üzrə parlament qrupuna etiraz məktubu ünvanlayıb.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Məktubda deyilir:

"Birləşmiş Krallıq hökumətinə bu yaxınlarda etdiyiniz müraciətlə əlaqədar biz 30 illik erməni işğalı dövründə törədilmiş müharibə cinayətləri, etnik təmizləmələr və hərbi təcavüz üçün məsuliyyət daşıyan şəxslərin mühakiməsi prosesini nüfuzdan salmağa yönələn əsassız ittihamları qətiyyətlə rədd edirik. Bu insanların "hərbi əsir" adlandırılması, azadlığa buraxılmasına çağırışlar edilməsi onların törətdikləri və əsaslı sübutlarla təsdiqlənən cinayətlərinə göz yumulması deməkdir.

İşğal zamanı Ermənistan bir milyona yaxın azərbaycanlını zorla yurd-yuvasından didərgin salıb, Xocalı soyqırımı, urbisid, kultursid və ekosid aktları törədib. Azərbaycan şəhərləri və kəndləri yerlə-yeksan edilib, onun mədəni və dini mirası dağıdılıb, ətraf mühitə ciddi ziyan vurulub. Bundan əlavə, Ermənistan işğal olunmuş ərazilərdə minalar basdıraraq Azərbaycanı dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən birinə çevirib. Bu minalar mülki insanları öldürməyə və yaralamağa davam edir, keçmiş köçkünlərin geri dönməsini və bərpa səylərini ləngidir".

Məktubda göstərilir ki, bütün bu hadisələrin daha bir dəhşətli nəticəsi isə itkin düşmüş 4 minə yaxın azərbaycanlının, o cümlədən qadınların və uşaqların aqibətidir. Ermənistan kütləvi məzarlıqlar barədə məlumat verməkdən imtina edir, halbuki bu cür məlumat onların yerini müəyyənləşdirməyə kömək edə bilər. Bununla yanaşı, erməni liderləri uzun müddətdir ki, azərbaycanlılara qarşı etnik nifrəti qızışdırırlar. Ermənistanın sabiq prezidentləri azərbaycanlıların qovulmasını və Xocalı soyqırımını dəstəkləyən bəyanatlar verərək etnik təmizləməyə açıq-aşkar haqq qazandırmışlar. Bütün bu cinayətlərə baxmayaraq, Ermənistanda heç kəs məsuliyyətə cəlb edilməyib, hərbi cinayətkarlar isə hələ də hörmət sahibidirlər.

"Əksinə, Azərbaycan ərazi bütövlüyünün bərpasından sonra ədalət mühakiməsini təmin edir. 200-dən çox erməni Azərbaycan tərəfindən humanitar akt qaydasında azad edilsə də, müharibə cinayətlərində təqsiri olanlar hazırda Bakıda məhkəmə qarşısına çıxarılırlar. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, onlar hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və s. kimi cinayətlərdə ittiham edilirlər. Məhkəmə prosesi şəffafdır, hüquqi təmsilçilik təmin edilir və amansız rəftarla bağlı heç bir şikayət daxil olmayıb.

Bu prosesin tənqid edilməsi haqq-ədalətə etinasızlıq göstərilməsi, etnik təmizləmənin və təcavüzün dolayısı ilə dəstəklənməsi deməkdir. Həqiqi sülh yalnız cavabdehlik yolu ilə əldə edilə bilər - haqq-ədalət olmadan möhkəm sülh mümkün deyil".

Bildirilir ki, davam edən məhkəmə prosesi Ermənistan tərəfindən törədilmiş hərbi təcavüzə və işğala, eləcə də onun siyasi və hərbi xadimlərinin daşıdıqları məsuliyyətə işıq salır. Bu proseslə bağlı narahatlıq mühakimənin gedişini pozmaq və məhkəmənin işinə müdaxilə etmək cəhdlərinə səbəb olmuşdur. Lakin bu cür səylərə qoşulmaq əvəzinə, hüquqi prosesə kömək göstərilməsi ədalət mühakiməsinə və bölgədə möhkəm sabitlik yaradılmasına töhfə verə bilərdi. Sülhə həqiqi sadiqlik məsuliyyətin tanınmasında və müharibə cinayətlərində əli olanların cavabdehliyinin təmin olunmasında əksini tapa bilər.

"Bu cür məhkəmə yanaşması beynəlxalq birlik üçün gələcək münaqişələrin və beynəlxalq hüquq pozuntularının qarşısının alınmasında önəmli nümunədir. Cinayətlərə göz yumulması ədalətin bərqərar edilməsinə mane ola bilməz. Həqiqi və ədalətli məsuliyyət boş ritorika deyil, anlayışlı hərəkətlər tələb edir".

Məktubda vurğulanır ki, Britaniya parlamentinin bəzi üzvlərinin bu mövqeyi hazırda iki ölkə arasında cərəyan edən sülh prosesinə mənfi təsir göstərir.

"Biz Ermənistanla Azərbaycan arasında keçmiş münaqişə barəsində Birləşmiş Krallıq hökumətinin tarazlı mövqeyini qiymətləndiririk. Beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun olaraq, Birləşmiş Krallıq həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bununla belə, Birləşmiş Krallıq parlamentinin bəzi üzvləri tərəfindən Azərbaycanın Qarabağ bölgəsinin "Artsax" adlandırılması təkcə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik deyil, həm də Birləşmiş Krallıq hökumətinin keçmiş münaqişəyə dair rəsmi mövqeyinə ziddir və beynəlxalq hüququn kobudcasına pozulmasıdır.

Azərbaycan 30 illik ağrılı-acılı münaqişə səhifəsini çevirməyə və normallaşma istiqamətində irəliləyiş əldə etməyə çalışarkən bu prosesi dəstəkləmək və Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni nəhayət imzalansın deyə Ermənistanı mümkün qədər tez bir zamanda son mühüm addımları atmağa sövq etmək çox vacibdir. Bu, regionumuzda sülhə və firavanlığa nail olmağın yeganə yoludur".

Paylaş

Xəbər lenti

İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR