10-03-2025, 16:48 393

Milli Məclis İsveç parlamentinin bəyanatını rədd edib

Milli Məclis İsveç-Ermənistan dostluq qrupunun qərəzli bəyanatını qəbuledilməz sayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin İsveç parlamentində İsveç-Ermənistan dostluq qrupu üzvlərinə məktubunda deyilir.

Bildirilir ki, saxta məlumatlar və yalan ittihamlarla dolu olan bu bəyanat reallığı təhrif etmək, Azərbaycan Respublikasının suverenliyini şübhə altına almaq, erməni separatçıların və müharibə canilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri təmizə çıxarmaq üçün göstərilən rüsvayçı bir cəhddir:

"Erməni lobbisinin bir hissəsi olaraq, siz Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən 30 illik işğalının, dinc azərbaycanlı sakinlərə qarşı saysız-hesabsız hərbi cinayətlərin, etnik təmizləmələrin və insan hüquqlarının kütləvi surətdə kobudcasına pozulmasının üstündən sükutla keçməyi qərara almısınız. Siz erməni silahlı birləşmələrinin törətdiyi vəhşiliklərə, Xocalı soyqırımına, günahsız insanları, o cümlədən uşaqları, qadınları və qocaları dözülməz işgəncələr verərək qəddarcasına qətlə yetirməsinə bilərəkdən göz yummağa üstünlük vermisiniz.

Beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın ağır cinayətlər, o cümlədən separatizm cinayətləri, sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, Azərbaycan dövlətinə və onun vətəndaşlarına qarşı terror aktları törətmiş şəxsləri təqib etməyə tam qanuni hüququ var. "Erməni məhbusların, o cümlədən siyasi xadimlərin və mülki şəxslərin qanunsuz şəkildə azadlıqdan məhrum edilməsi, cismani və psixoloji işgəncələrə və siyasi təqiblərə məruz qoyulması" kimi və digər qondarma ittihamlar Azərbaycan torpaqlarının işğal altında saxlanılması, şəhər və kəndlərimizin yerlə bir edilməsi, etnik təmizləmələr yolu ilə 750 min azərbaycanlının öz vətənində didərgin salınması və Azərbaycanın milli, mədəni və tarixi mirasının sistemli şəkildə məhv edilməsi üçün məsuliyyət daşıyan şəxslərin əməllərindən diqqəti yayındırmağa yönələn uydurmalardan başqa bir şey deyil".

Məktubda vurğulanır ki, İsveç-Ermənistan dostluq qrupu üzvlərinin riyakarlığı 30 illik işğal dövründə erməni qüvvələrinin zülmündən zərər çəkmiş minlərlə azərbaycanlı dinc sakinin, o cümlədən aqibəti bu günədək məlum olmayan dörd min itkinin taleyinin görməzdən gəlinməsində də özünü göstərir:

"İkili standartlara əsaslanan selektiv və qərəzli yanaşma qrup üzvlərinin həqiqi niyyətinin siyasi manipulyasiyalar yolu ilə Azərbaycanı qaralamaqdan ibarət olduğunu nümayiş etdirir.

Bəyanatda müharibə canilərinin və separatçıların məsum "siyasi xadimlər və mülki şəxslər" kimi qələmə verilməsi faktların həyasızcasına təhrif edilməsidir. Adıçəkilən şəxslər hərbi əsirlər deyil, Azərbaycan qanunlarını pozmuş cinayətkarlardır və ədalətli, şəffaf məhkəmə araşdırması yolu ilə öz əməlləri üçün məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdırlar. Azərbaycanın məhkəmə sistemi beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir və bunun əksinin iddia edilməsi iftiradan başqa bir şey deyildir. Biz sülhü və haqq-ədaləti dəstəkləməyə deyil, gərginliyi gücləndirməyə və düşmənçiliyi qızışdırmağa yönələn rüsvayçı və qərəzli bəyanatı qətiyyətlə pisləyirik. Azərbaycan haqq-ədalətə, beynəlxalq hüquqa və regional sülh gündəliyinə sadiqdir. Heç bir xarici təhdid və müdaxilə bizim qanunun aliliyini qorumaq və ölkəmizə qarşı törədilmiş cinayətlərə görə məsuliyyəti təmin etmək əzmimizə xələl gətirə bilməz. Hər kəs bu reallığı qəbul etməlidir ki, Azərbaycan öz xalqını və ərazisini qanunsuz işğaldan və separatizmdən qorumaq üçün suveren hüquqları daxilində hərəkət edib və edir".

Milli Məclisin İsveç parlamenti ilə əlaqələr üzrə işçi qrupunun üzvləri işveçli həmkarlarını əsassız ittihamlardan, haqq-ədaləti sarsıtmağa yönələn saxta iddialardan imtina etməyə çağırıblar.

"Müharibə canilərinin cəzasız qaldığı dövr artıq başa çatıb və xalqımıza, dövlətimizə qarşı cinayətlərdə təqsiri olanlara haqq qazandırmaq üçün göstərilən bütün cəhdlər boşa çıxacaq", - deyə məktubda vurğulanıb.

Paylaş

Xəbər lenti

Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Dünən, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Dünən, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Dünən, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Dünən, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR