
Oktyabrın 21-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Tərtər şəhərində vətəndaşları qəbul edəcək.
“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, qəbul saat 11:00-da şəhərdəki Gənclər Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Tərtər və Bərdə rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlər Tərtər rayonu “42 №-li Yol İstismarı” və Bərdə rayonu “43 №-li Yol İstismarı” MMC-lərdə öncədən qeydiyyatdan keçməlidir.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.