
Bakıda bir ailənin üç üzvü qidadan zəhərlənib.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küçəsində baş verib.
Orada yaşayan 1952-ci il təvəllüdlü A.Şükürovla həyat yoldaşı, 1954-cü il təvəllüdlü R.Şükürova və oğulları Ramin Şükürov qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.