
Bakıda intihar hadisəsi baş verib.
AVESTA.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 9 saylı uşaq bağçasında qeydə alınıb.
Belə ki, bağçada fəhlə işləyən 1981-ci il təvəllüdlü Cəlal Musayev müəssisənin qazanxanasında özünü asıb.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.