
Müğənni İbrahim Tatlısesin qızı Elif Ada Tatlısesin 12 yaşı tamam olub.
AVESTA.AZ xəbər verir ki, sənətçi 2 milyon izləyicisi olan instaqram hesabından övladını təbrik edib. O qızı ilə şəkilini paylaşaraq "Nə yaxşı ki, doğulmusan, balacam" sözlərini yazıb.
Xatırladaq ki, İbrahim Tatlıses 2011-2013-cü illərdə Ayşegül Yıldızla evli olub. Cütlüyün bu evlilikdə Elif Ada adlı bir qızı dünyaya gəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.