
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsi ilə İsrail arasında aparılan danışıqlara vasitəçilik etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib.
Nazir bu barədə IV Antalya Diplomatiya Forumunun bağlanış mərasimində keçirilən brifinq zamanı "Baku TV"nin sualını cavablandırarkən deyib.
"Azərbaycan bizim qardaş ölkəmizdir. Görüşə ev sahibliyi etdiyinə görə təşəkkür edirik. Bu görüş əsasən texniki məsələlərin dəqiqləşdirilməsi məqsədi daşıyırdı. Zərurət yaranacağı təqdirdə, yenidən təşkil oluna bilər", – Hakan Fidan bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.