
Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa çempionatında 3 medal qazanıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, atlet birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürünc medala sahib olub.
Ardınca o, təkanla qaldırma hərəkətində 170 kq-ın öhdəsindən gələrək qızıl medala yiyələnib.
Toplamda 308 kq nəticəyə imza atan idmançı yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.