
Bakının Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" tunelində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sözügedən tuneldə yağış sularının yığılması səbəbindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.