
Ötən gecə Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi magistralının Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Şahidlərinin sözlərinə görə, hadisə sürətlə hərəkətdə olan "Mercedes-Benz" markalı minik avtomobilinin "Mercedes Vito" mikroavtobusuna çırpılması və bundan sonra qarşıdan gələn BMW markalı maşınla toqquşması səbəbindən baş verib.
Hadisə zamanı üç nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı bildirilir.
Daha detallı məlumatlar üçün aidiyyəti qurumlara sorğu verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.