
Naxçıvanda avtomobil 9 yaşlı piyadanı vurub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Babək məhəlləsində baş verib. "Nissan" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 2016-cı il təvəllüdlü Vaqif Hüseynovu vurub. Azyaşlı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.