26-04-2025, 23:48 541

İranda limanda partlayışlar davam edir: Ölən və yaralananların sayı artdı

İranın Bəndər Abbas şəhərindəki Rəcai limanında baş verən partlayışlar nəticəsində yaranan yanğın ətrafdakı konteynerlərə keçib.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Bildirilir ki, partlayışlar davam edir. Hadisə nəticəsində ölənlərin sayı artıq 8 nəfərə, yaralananların sayı isə 750 nəfərə çatıb.

*** 22:06

İranın cənubunda yerləşən Şahid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 700 nəfəri keçib.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Hörmüzqan ostanının fövqəladə xidmətlər nümayəndəsi Mehrdad Həsənzadənin sözlərinə görə, zərərçəkənlərin sayı artsa da, onların çoxu tez bir zamanda tibbi yardım aldıqdan sonra xəstəxanaları tərk ediblər.

Nümayəndənin sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır, bütün xidmətlər fəaliyyət göstərir və yanğınları söndürmək üçün qonşu ostanlardan bir neçə helikopter hadisə yerinə göndərilib.

Eyni zamanda, "Azad İran"ın verdiyi xəbərə görə, ölkədə fövqəladə vəziyyət elan edilib. Partlayışdan sonra havaya təhlükəli çirkli maddələrin yayılması riski yaranıb.

*** 19:56

İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi Mehrdad Həsənzadə IRIB telekanalının efirində bildirib.

"Partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb. Xəsarət alanların sayı artmaqda davam edir, lakin bir çoxları yardım aldıqdan sonra tibb müəssisələrini tez tərk edirlər", - Həsənzadə qeyd edib.

Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır, bütün xidmətlər işləyir, yanğınların söndürülməsi üçün əraziyə qonşu əyalətlərdən bir neçə helikopter göndərilib.

*** 17:45

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb.

AVESTA.AZ xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə İdarəsinin direktoru Babək Mahmudi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda yanğınsöndürmə ilə yanaşı, xilasetmə əməliyyatı da davam etdirilir. Yanğının əhatəsinin çox geniş olduğu bildirilir.

Paylaş

Xəbər lenti

Pentaqon rəhbəri müvəqqəti hakimiyyətlə danışıqlar aparmaq üçün Venesuelaya səfər edib Bu gün, 01:48 Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub Bu gün, 01:48 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? Bu gün, 01:48 Azərbaycanın 4 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib Dünən, 23:48 Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!" Dünən, 23:48 Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub Dünən, 23:48 Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik Dünən, 23:48 Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir Dünən, 22:48 Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu Dünən, 22:48 General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi Dünən, 22:48 İnsan yatarkən beynində nə baş verir? - Maraqlı kəşf Dünən, 22:48 Şərabın sağlamlığa faydası yoxdur? Həkimdən diqqətçəkən xəbərdarlıq Dünən, 22:48 Ermənistanın Konstitusiyası dəyişir: Paşinyan referendumla bağlı əminliyini bildirdi Dünən, 21:48 Bərdədə piyadanı avtomobil vuraraq öldürüb Dünən, 21:48 Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər Dünən, 21:48 Şimali Kiprdən Azərbaycana güclü dəstək mesajı: "Bir yumruq kimi birləşən xalq" Dünən, 21:48 Bakının bu ərazisində su təchizatında fasilə yaranıb – SƏBƏBİ AÇIQLANDI Dünən, 20:48 Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - Rəsmi Dünən, 20:48 Aprelin 1-dən nələr dəyişir? - Maaş və müavinətlərlə bağlı YENİ XƏBƏR Dünən, 20:48 Ceyhun Bayramov: "Azərbaycan-Türkiyə əlaqələri bənzərsizdir" - "Haber Global"ın süjeti Dünən, 20:48 "Tasnim": Pezeşkianla vitse-prezident arasında fikir ayrılığı yoxdur Dünən, 20:48 Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Dünən, 19:48 Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi Dünən, 19:48 Avtomobil akkumulyatorunu nə vaxt dəyişmək lazımdır? Dünən, 19:48 Bakıda ev tapmaq müşkülə çevrildi: Əl yandıran QİYMƏTLƏR Dünən, 19:48 Görmə məhdudiyyətli Sevincin böyük arzusu: Xalq artisti olmaq! Dünən, 19:48 Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq Dünən, 18:48 Bakı Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb Dünən, 18:48 DİN əməliyyat keçirdi - Saxlanılanlar var Dünən, 18:48 Bakıdakı körpələr evində istilik problemi: "Qaz sayğacını söküb aparıblar" Dünən, 18:48 Yolun təmiri niyə bəzən uzun çəkir? Dünən, 18:48 Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat AYRILDI Dünən, 18:48 Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib Dünən, 18:48 XƏBƏRDARLIQ - Sabah güclü külək əsəcək Dünən, 17:48 Birbank-ın "Böl-ödə" krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün Dünən, 17:48 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi Dünən, 17:48 Rusiyaya məxsus təyyarə partlayıcı qurğu barədə siqnaldan sonra Antalyada eniş edib Dünən, 17:48 Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşib Dünən, 17:48 Almaniyanın xarici işlər naziri Azərbaycandakı dini konfessiyaların nümayəndələri ilə görüşüb Dünən, 17:48 Paşinyan: TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam Dünən, 17:48 Əli Əsədov Mariam Kvrivişvili ilə görüşüb Dünən, 17:48 Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib Dünən, 16:48 Sumqayıt Sənaye Parkında daha bir müəssisə kağız istehsal edəcək Dünən, 16:48 Yaşı 100-ü keçən hər kəs bu sayədə uzunömürlü imiş... - Həkim açıqlayıb Dünən, 16:48 "PlayStation 5" udmaq istəyirdi, amma "Changan Q07" qazandı - "Sürətlə Yeni Mövsümə" lotereyasının qalibi danışdı Dünən, 16:48 Rusiyadan Türkiyəyə uçan sərnişin təyyarəsində bomba həyəcanı Dünən, 16:48 Baku TV-nin Rus redaksiyasının 5 yaşı tamam olur Dünən, 16:48 Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin sayı müəyyənləşib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR