21-10-2022, 02:27 669

Britaniyanın Baş naziri vəzifəsinə namizədlərin adları açıqlanıb - SİYAHI

Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkarlar Partiyasının sədri Liz Trasın istefasından sonra ölkə hökumətinə rəhbərlik edəcək potensial namizədlərin adları açıqlanıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, hakim partiyanın lideri və Baş nazir vəzifəsi uğrunda beş siyasətçinin mübarizə aparacağı gözlənilir.

Onlardan biri keçmiş maliyyə naziri Rişi Sunakdır. Hindəsilli 42 yaşlı R.Sunak sabiq Baş nazir Tereza Meyin dövründə nazir müavini işləyib.

Britaniyanın eks-hökumət başçısı Boris Consonun dövründə maliyyə naziri vəzifəsini tutub. Daha sonra B.Consonla aralarında fikir ayrılığı yaranıb və istefa verib.

B.Consonun Baş nazir və Mühafizəkarlar Partiyasının yeni lideri vəzifəsindən istefasından sonra hakim partiyanın sədrliyinə namizədliyini irəli sürüb. Bu ilin sentyabrın 5-də keçirilən yarışda Liz Trasa rəqib olub. Səsvermənin altıncı turunda L.Tras partiyanın 81 326 üzvünün dəstəyini qazanıb. R.Sunak cəmi 60 min 399 səs toplayıb və məğlub olub.

Britaniyanın Baş naziri olmağa ikinci namizəd sabiq müdafiə naziri, 49 yaşlı Penni Mordauntdur. O, 2010-cu ildən parlametin üzvüdür. Britaniyanın tarixində ilk qadın müdafiə naziri olub. B.Conson hakimiyyətə gələndən sonra vəzifəsindən uzaqlaşdırılıb.

Digər namizəd Böyük Britaniyanın müdafiə naziri, 52 yaşlı Ben Uollesdir. O, ehtiyatda olan ordu zabitidir. B.Consonun ən yaxın silahdaşlarından biri sayılır və onun hökumətində müdafiə naziri işləyib.

B.Consonun istefasından sonra Mühafizəkarlar Partiyasının liderliyi uğrunda mübariə aparıb, lakin təşkilat daxilində istədiyi dəstəyi qazana bilməyib.

L.Trasın Baş nazir olduqdan sonra da müdafiə naziri postunu qoruyub.

B.Uolles Rusiyaya qarşı sərt mövqeyi ilə məşhurluq qazanıb. Eyni zamanda Ukraynaya böyük dəstək verir.

55 yaşlı siyasətçi Ceremi Hant da Böyük Britaniyanın yeni Baş naziri olmağa potensial namizədlərdən biridir. O, əvvəllər xarici işlər və səhiyyə naziri olub.

L.Tras Baş nazir seçiləndən sonra C.Hantı maliyyə naziri təyin edib. C.Hant 2019-cu ildə Mühafizəkarlar Partiyasının sədrliyi uğrunda mübarizə aparıb, lakin seçkidə B.Consona məğlub olub.

Nəhayət, beşinci namizəd 58 yaşlı Boric Consondur. O, əvvəllər paytaxt Londonun meri və Britaniyanın xarici işlər naziri işləyib.

2019-cu il iyulun 24-də Mühafizəkarlar Partiyasının sədri və Baş nazir seçilib. 2022-ci ilin iyulun 7-də istefa verib. Sentyabrın 6-dək hökumət başçısı vəzifəsini müvəqqəti icra edib. Həmin gün postundan uzaqlaşıb.

Qeyd edək ki, Mühafizəkarlar Partiyasının sədri və Böyük Britaniyanın Baş naziri Liz Trass oktyabrın 20-də hər iki vəzifəsindən istefa verib. O, cəmi 45 gün hökumət başçısı olub.
L.Tras yeni Baş nazir seçilənədək ölkə hökumətinə rəhbərlik edəcək.

Paylaş

Xəbər lenti

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb Bu gün, 00:48 Əməkdar artistdən ETİRAF: "Mənim öz həyatım yoxdur" Bu gün, 00:48 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı Dünən, 23:48 Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib Dünən, 23:48 Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb Dünən, 23:48 Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub Dünən, 23:48 "Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib Dünən, 22:48 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB Dünən, 22:48 Virusoloq qripdən qorunmaq üçün vacib tövsiyələr verdi Dünən, 22:48 İcra başçısı məmuru qəbiristanlıqda danladı: "Camaatın ağzından vurmayın" Dünən, 22:48 Ağbulaq kəndinin tarixi və əhalisi ilə bağlı məlumatlar sənədləşdirilib Dünən, 22:48 Bir zamanlar Cənubi Qafqazda yaşayan Binəqədi kərgədanının görüntüləri Dünən, 21:48 "Real"ın hücumçusu Endrik: Futbolçu olmaq çətin deyil Dünən, 21:48 Azərbaycan futbolu Yunanıstandan nə öyrənə bilər? - "TOP-al"da Millətlər Liqası gündəmi Dünən, 21:48 Qızına deyilən nalayiq söz qanlı sonluqla bitdi Dünən, 21:48 Belarusun Dövlət Hərbi Sənaye Komitəsi Bakıda keçiriləcək ADEX-2026 sərgisində iştirak edəcək Dünən, 20:48 Yəmən parlamenti husilərə qarşı ümumi səfərbərliklə bağlı müraciəti təsdiqləyib Dünən, 20:48 Biznes sahiblərinə ŞAD XƏBƏR: 10 illik güzəştlər tətbiq olunur Dünən, 20:48 Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ Dünən, 20:48 Naftalan şəhərinə icra başçısı təyin edilib Dünən, 19:48 Gədəbəy rayonuna icra başçısı təyin olunub Dünən, 19:48 Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub Dünən, 19:48 Transxəzər marşrutu üçün 55 milyard dollarlıq investisiya ehtiyacı müəyyənləşdirilib Dünən, 19:48 Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb Dünən, 19:48 Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik Dünən, 19:48 Estoniya Rusiya və Belarus vətəndaşlarına daşınmaz əmlak satışını məhdudlaşdırmaq istəyir Dünən, 19:48 Tehran masaya yeni plan qoydu: Müharibənin dayandırılması üçün ŞƏRTLƏR Dünən, 19:48 Azərbaycanda kimlər aylıq müavinət ala bilər? - SİYAHI Dünən, 19:48 Azərbaycan–Küveyt media əməkdaşlığının inkişafı müzakirə olunub Dünən, 19:48 Meyvə-tərəvəz bazarına yeni nəzarət: BAHALAŞMA olacaq? Dünən, 18:48 "Şamaxı" klubunun əməkdaşı VƏFAT ETDİ Dünən, 18:48 Bakıda hazırda hansı yollarda sıxlıq var? Dünən, 18:48 Böyük Britaniyadakı Azərbaycan tələbə təşkilatları parlamentarilərə Anım Günü ilə bağlı müraciət ünvanlayıblar Dünən, 18:48 Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq Dünən, 18:48 Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi Dünən, 17:48 AZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salınıb Dünən, 17:48 Psixoloqdan xəbərdarlıq: Cütlüklərin birlikdə məşq etməsi münasibətlərə təsir göstərə bilər Dünən, 17:48 Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzub Dünən, 17:48 Aktyor Səmimi Fərhad: "Maşın yumuşam, təkər qaraltmışam, küçədə "bakkuş" satmışam" Dünən, 17:48 Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI – 1818 nəfər qəbul oldu Dünən, 17:48 Bakıda qızının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub Dünən, 17:48 Yuxusuzluq insult riskini 26 faiz artıra bilər – Alimlərdən yeni araşdırma Dünən, 16:48 Deniz Göktaş azadlığa buraxıldı Dünən, 16:48 Siqaret çəkənləri bu cərimələr gözləyir - 30 manatdan 700 manatadək... Dünən, 16:48 Gəlinini bıçaqlamaqda təqsirləndirilən 72 yaşlı kişi təcridxanada öldü Dünən, 16:48 Qətər Avropa və Asiya ölkələrinə qaz tədarükünü dayandırdı - SƏBƏB Dünən, 16:48 Braziliyada məhbus dəmir barmaqlıqların arasından keçərək qaçdı – ANBAAN GÖRÜNTÜLƏR Dünən, 16:48 Futbolda qeyri-adi hadisə: oyunçunun saçını yolan iki futbolçu qırmızı vərəqə aldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR