30-04-2025, 17:48 305

Ağalıda Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti festival Zəngilan rayonunun Ağalı kəndində keçirilib.

BAKU.WS nazirliyə istinadən xəbər verir ki, işğaldan azad olunmuş bölgələrdə ilk dəfə keçirilən festival sakinlər və fermerlər tərəfindən böyük maraqla qarşılanıb. Festival işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsinin inkişafına dəstək olmaq, fermerlərin müasir texnologiyalarla tanışlığını və onlara əlçatanlığını təmin etmək məqsədilə təşkil olunub.

Festival çərçivəsində Ağalı kəndində kənd təsərrüfatı məhsulları və texnologiyaları sərgilənib. Fermerlərə müasir suvarma sistemləri, innovativ texnologiyalar, məhsuldarlığı artıran həllər barədə məlumatlar təqdim edilib. Festivalda, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi, digər aidiyyəti dövlət qurumları və özəl müəssisələr tərəfindən panel müzakirələr, maarifləndirici sessiyalar təşkil olunub.

Aqrar Biznes Festivalında Türkiyənin "Sapmaz Havacılık və İleri Teknolojiler" şirkətinin mütəxəssisləri tərəfindən "Kənd təsərrüfatında pilotsuz uçuş aparatlarının istifadəsinə dair" nəzəri təlim keçmiş Zəngilan və Cəbrayıl rayonlarının sakinlərinə çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini üzrə praktiki təcrübələr həyata keçirilib.

Festivalın rəsmi açılış hissəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Zəngilan, Cəbrayıl, Qubadlı, Füzuli, Beyləqan və digər ətraf rayonlardan fermerlər iştirak ediblər.

V. Hacıyev bildirib ki, Ağalı kəndi "Böyük Qayıdış"ın ilk ünvanı olub: "Artıq 3 ildir ki, Ağalıda həyat var. Çox sevindirici haldır ki, ilklərin yaşandığı Ağalı kəndində bu gün ilk dəfə kənd təsərrüfatı festivalı baş tutur. Burada aqrar sahə üzrə ixtisaslaşmış şirkətlər, fermerlər bir araya gəlib öz xidmətlərini və məhsullarını təqdim edirlər. Düşünürəm ki, belə bir tədbirin keçirilməsi işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün mühüm töhfə olacaq".

Nazir Məcnun Məmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu strategiya, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət, şanlı ordumuzun şücaəti nəticəsində torpaqlarımız qısa müddətdə işğaldan azad edilib. Hazırda bu ərazilərdə geniş quruculuq və bərpa işləri aparılır. Nazir qeyd edib ki, tarixi torpaqlarda aqrar fəaliyyətin bərpası, torpağın dirçəldilməsi ilə bağlı kənd təsərrüfatında çalışan insanların üzərinə böyük məsuliyyət düşür. Rəqəmsal kənd təsərrüfatı sistemlərinin, aqrar startapların dəstəklənməsi, süni intellekt və ağıllı kənd təsərrüfatı texnologiyalarının tətbiqi, kənd təsərrüfatını daha məhsuldar və müasir bir sahəyə çevirir. Kənd təsərrüfatını elmə əsaslanan fəaliyyət sahəsi adlandıran nazir Ağalı kəndində torpaqların sakinlərin istifadəsinə verildiyini xatırladıb, torpaq və su infrastrukturunun düzgün təşkili və aqrotexniki qulluq nəticəsində Ağalı kəndində aqrar sahədə iqtisadi faydanın və məhsuldarlığın daha yüksək olacağını vurğulayıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında qeyd edib ki, Aqrar Biznes Festivalları yeni texnologiya və məhsulların nümayişi ilə yanaşı, həm də maarifləndirmə və təcrübə mübadiləsi platformasıdır. O bildirib ki, bu festivallar vasitəsilə fermerlər aqrar sahədə tətbiq edilən ən son innovasiyalarla tanış olmaqla yanaşı, məhsullarının bazara çıxarılması üçün də yeni imkanlar əldə edirlər.

Rəsmi açılış hissəsinin yekununda təlimlərdə iştirak etmiş şəxslərə Türkiyənin Mülki Aviasiya Baş İdarəsi tərəfindən təsdiqlənmiş sertifikatlar və dronların idarə edilməsi üzrə sürücülük vəsiqələri təqdim edilib.

Festivalda kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər tərəfindən kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, müasir suvarma sistemləri, alternativ enerji mənbələri ilə çalışan texnologiyalar, gübrə və pestisidlər, iqlim dəyişikliyinə davamlı bitki sortları və digər innovativ məhsullar nümayiş olunub.

Festival çərçivəsində təşkil edilən kredit yarmarkasında dövlətin maliyyə qurumları və aparıcı banklar tərəfindən fermerlərə sərfəli kredit məhsulları təklif edilib, fermerlər təsərrüfat işinin təşkili üçün ayrılan kreditlər barədə məlumatlandırılıblar.

Həmçinin, festivalda "Dövlətin maliyyə mexanizmləri" mövzusunda panel müzakirəsi təşkil olunub. Sessiyada Şərqi Zəngəzur iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Panel müzakirəsində dövlət və özəl sektorun maliyyə qurumlarının iştirakı ilə aqrar sektora dövlət dəstəyi mexanizmləri, güzəştli kredit və subsidiyalar, aqrar sığorta imkanları, fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və digər mövzular müzakirə olunub. Sessiya çərçivəsində fermerlərin və sahibkarların sualları cavablandırılıb, onlara mövcud və yeni maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib.

Festivalda "Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi" layihəsi çərçivəsində iştirak edən 10-a yaxın universitetin tələbələri də iştirak ediblər.

Sözügedən layihə çərçivəsində aprelin 29-da Ağalı kəndində "Bootcamp" təşkil edilib. "Bootcamp"da layihə çərçivəsində ölkə üzrə süni intellektin tədris olunduğu ali təhsil müəssisələrinin tələbələrinin, gənc tədqiqatçıların və iri özəl təsərrüfat sahiblərinin iştirakı ilə məlumat sessiyaları həyata keçirilib.

"Bootcamp"da iştirak edən tələbələr və festivala qatılan sahibkarlar üçün Zəngilan rayonunda yerləşən bir sıra özəl təsərrüfatlara infotur təşkil edilib.

Paylaş

Xəbər lenti

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib Bu gün, 16:48 Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib Bu gün, 16:48 "Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək Bu gün, 16:48 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 700 mindən çox vətəndaş... Bu gün, 16:48 İlham Əliyev: Bizə kömək edən olmayıb, silahları da öz pulumuza almışıq Bu gün, 16:48 Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək Bu gün, 16:48 YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib Bu gün, 16:48 Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib Bu gün, 16:48 Bakıda keçirilən "ADEX 2026" və "Securex Caspian" sərgiləri başa çatıb Bu gün, 16:48 Aqrar sahədə dövlətin vəzifələri müəyyənləşir Bu gün, 16:48 Rayonlarda şimşək çaxır, arabir yağış yağır - FAKTİKİ HAVA Bu gün, 16:48 2027-ci ildə qiymətlər necə tənzimlənəcək? - Komitə üzvündən AÇIQLAMA Bu gün, 15:48 Zəngilanda ilk dəfə "Qarabağa Qayıdış – İlk Texnika Festivalı" keçirilib Bu gün, 15:48 Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi Bu gün, 15:48 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb Bu gün, 15:48 Binəqədi şosesində yol ikizolaqlı oldu Bu gün, 15:48 Nərimanovda tikintisi davam edən mənzillər üçün yeni satış şərtləri: hansı imkanlar var? – ƏTRAFLI Bu gün, 15:48 Pensiya və müavinət artımı ilə bağlı deputatdan paylaşım Bu gün, 14:48 Bakıda qarajdan meyit tapıldı Bu gün, 14:48 DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqları konfetlə zəhərləməsi iddiası təsdiqini tapmayıb Bu gün, 14:48 Komitə sədri: "Prezident qarşıda duran vəzifələri açıqladı" Bu gün, 14:48 Nazir kombayn sürdü Bu gün, 14:48 Sumqayıtda məktəbdə 21 şagird zəhərlənib - TƏFƏRRÜAT Bu gün, 14:48 Yardımlıda çayxanaya basqın: Sahibkar bıçaqlandı Bu gün, 14:48 Texnologiyada qadın gücü: Bir "Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb Bu gün, 14:48 Nazirlik bu rayonlarda evlər tikdirəcək Bu gün, 14:48 Sabah Azərbaycanda güclü yağış yağacaq Bu gün, 13:48 Lalə Məmmədova: "Günahlara boyanalımmı?" Bu gün, 13:48 Bir ay ərzində özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 10 nəfər tutulub Bu gün, 13:48 Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolu təmir etdirilir Bu gün, 13:48 Murad Ceylan tanınmaz hala düşdü Bu gün, 13:48 Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək Bu gün, 13:48 Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR Bu gün, 13:48 Tünzalə Ağayeva Xorvatiyada "Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi Bu gün, 13:48 Maaş artımından sonra qiymətlər BAHALAŞACAQMI? - Komitə üzvü danışdı Bu gün, 13:48 Şəmkir-Gədəbəy yolunda yük maşını dərəyə aşıb Bu gün, 13:48 Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir Bu gün, 12:48 Gözəllik salonundan 3000 manatlıq kosmetika oğurlayan kişi tutuldu - ANBAAN VİDEO Bu gün, 12:48 Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polisdən açıqlama Bu gün, 12:48 Zakir Həsənov və Yaşar Gülər arasında Şuşada ikitərəfli görüş keçirilib Bu gün, 12:48 Aygün Kazımovadan "Nigaranam" sürprizi – Britaniyalı müğənni ilə duet Bu gün, 12:48 Zakir Həsənov: Şuşada keçirilən görüşün xüsusi əhəmiyyəti var Bu gün, 12:48 Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatıb Bu gün, 12:48 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib Bu gün, 12:48 Bakının iki rayonunda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 12:48 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı Bu gün, 12:48 Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi Bu gün, 11:48 SOCAR Xəzər dənizində ilk dəfə 3D OBN seysmik tədqiqatı aparıb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR