11-05-2025, 21:48 398

Xalq artisti Mərahim Fərzəlibəyov:

"Mədəniyyət başqa aləmdir, uşaq kimidir, həmişə tumar və qayğı istəyir. O həssasdır. Əlinin tumarı, ürəyinin qayğısı azca azalan kimi, hiss edir, küsür, inciyir. Siyasi rəhbər, dövlət xadimi bunu bilməlidir, bir an yadından çıxarmamalıdır". Ulu öndər Heydər Əliyevin bu kəlamları ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyət və incəsənətinin intibah dövrünü bir daha əks etdirir. Ulu öndər Azərbaycanın mədəniyyət və incəsənətini hər bir azərbaycanlı üçün qürur mənbəyi hesab edirdi. Bu sahədə əldə edilən uğurları dünya ictimai fikrinə çatdırmaq üçün səylərini əsirgəmirdi. Onun ədəbiyyat və incəsənətə, o cümlədən bu sahənin təmsilçilərinə xüsusi diqqət və qayğısı sənət adamları tərəfindən heç zaman unudulmur.

Dövlətçilik tariximizdə müstəsna yeri olan, müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində onun şərəfli həyat yolu bütün əzəməti ilə gözlərimiz önündə canlanır. Ulu öndər bütün ömrünü, mübarizəsini, yorulmayan fədakar fəaliyyətini Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatının inkişafına sərf edib, respublikamızın beynəlxalq aləmdə hərtərəfli tanınması üçün əlindən gələni əsirgəməyib.

Xalq artisti, "Şöhrət" ordenli rejissor Mərahim Fərzəlibəyov də ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini "Kaspi" qəzeti ilə bölüşdü.

Oxu.Az məqaləni təqdim edir.

- Mərahim müəllim, 1960-80-ci illər Azərbaycanda ədəbiyyat və incəsənətin intibah dövrü kimi dəyərləndirilir. Bu illər ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrə təsadüf edir. Dahi rəhbərin bu sahələrə diqqət və qayğısı ədəbiyyat və incəsənətimizin çiçəklənməsinə yol açmışdı. O illəri bir sənət adamı kimi necə xatırlayırsınız?

- Çox nadir hallarda olur ki, dövlət başçısı dövləti idarə etməklə bərabər, onun mədəniyyət və incəsənətinə də xüsusi önəm versin. Biz mədəniyyət və incəsənət işçilərinin böyük xoşbəxtliyi idi ki, 1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyev ilk dəfə kinomuzu irəli çəkdi. "İstintaq" filmi çəkildi. Mərkəzdə - Moskvada bu filmin yayılmasına icazə verilmirdi. Bu, yalnız ulu öndərin şəxsi təşəbbüsü ilə mümkün oldu. Rejissor Eldar Quliyevin çəkdiyi "Bir cənub şəhərində", "Babək" filmləri də eyni problemlərlə üzləşdi. Bu filmlərin çəkilişinə az miqdarda pul ayrılmışdı. Ulu öndərin kinoya etdiyi himayəçilik filmlərin çəkilişinin uğurlu başa çatmasına və ekranlara çıxmasına kömək etdi. Dahi rəhbər ədəbiyyata, incəsənətə, mədəniyyətə eyni dərəcədə diqqət göstərir, onun inkişafı üçün əlindən gələni edirdi. Bu gün də Prezident İlham Əliyev tərəfindən mədəniyyətə, ədəbiyyata, incəsənətə böyük diqqət göstərilir. Çünki bu, ulu öndərin qoyduğu işıqlı yoldur.

- Teatr da incəsənətin bir sahəsidir. Sənət adamları həmişə tamaşadan sonra ulu öndərin pərdə arxasına keçməsini, onlarla söhbətini, qayğıları ilə yaxından maraqlanmasını xoşluqla xatırlayırlar...

-Mən özümü xoşbəxt sayıram ki, ulu öndər quruluş verdiyim beş tamaşaya baxıb. Yadımdadır ki, görkəmli dramaturq İlyas Əfəndiyev o zaman "Xurşudbanu Natəvan" əsərini yazmışdı. O, məni teatra dəvət etdi və belə bir monumental əsəri hazırlamağı həvalə etdi. Mən onda cavan bir rejissor idim. Bu tamaşa da böyük rezonans doğurdu. İlk dəfə Xan qızı Natəvan səhnəyə gəldi. İlyas Əfəndiyev ovaxtkı çar üsul-idarəsinin apardığı siyasəti ustalıqla qələmə almışdı. Natəvan şairə olmaqla bərabər, böyük bir dövlət xadimi kimi verilmişdi. Xan qızı son monoloqunda "bizi bu əzablı yolların axırında azad Azərbaycan gözləyir", - deyə bildirdi. Sovet dövründə belə bir monoloqu demək riskli idi. Hamımız monoloqa ulu öndərin münasibətini həyəcanla gözləyirdik. Amma ilk alqışı elə özü etdi və bütün zal ona qoşularaq ayaq üstə Natəvanı alqışladı. Mənim üçün azadlıq mübarizəmiz məhz ulu öndərin o alqışından başladı. O alqış Azərbaycanın ilk müstəqilliyinə çalınan alqış idi. Ulu öndər mənim yadımda elə qaldı: işıqlı, sənətə vurğun, dövlət işləri ilə yanaşı ədəbiyyata, teatra, incəsənətə dəyər verən bir insan kimi. Bizim bəxtimiz onda gətirmişdi ki, Ulu öndər gənc olarkən həvəskar aktyor kimi İbrahim Həmzəyevin dərnəyində "Vaqif", "Hamlet" tamaşalarında oynamışdı. Sənətə məhəbbəti uşaqlıqdan yaranmışdı. Bu sənət eşqi onu heç vaxt tərk etmirdi. Tamaşaların, filmlərin ilk nümayişinə gedirdi, təhlillər edirdi... O, sənətdə bizə həmişə dayaq olub, biz bu qayğını həmişə hiss etmişik və bu gün də unutmuruq.

"Elə bildiniz, mən getdim, daha gəlməyəcəyəm?"

- Ulu öndər sonra sizin hazırladığınız "Maqbet" tamaşasına da baxmağa gəlmişdi...

- Ulu öndər daha sonra ikinci tamaşama - "Maqbet"ə də baxmağa gəldi. Onda Hüseyn Ərəblinskinin yubileyi idi. Təntənəli gecədən sonra, tamaşa başlayana yaxın ulu öndər getdi. Biz onun baxmağını gözləyirdik, amma işi olduğu üçün getməli oldu. Bir həftədən sonra biz yenidən "Maqbeti" oynadıq. Ulu öndər tamaşaya baxmağa gəldi. "Elə bildiniz, mən getdim, daha gəlməyəcəyəm?"- dedi. Bu, Ulu öndərin böyük sənətə, aktyorlara verdiyi dəyər, yüksək insani xüsusiyyəti idi. Biz onu görəndə hədsiz sevindik. O, tamaşaya elə təhlil verdi ki, şəxsən mən rejissor kimi başa düşdüm ki, bir rejissor olaraq "Maqbet"i niyə səhnələşdirmişəm.

"Mən tövsiyə edirəm ki..."

- Görkəmli dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" tamaşasına ikinci quruluş verməyinizin səbəbi nə idi?

- İlyas Əfəndiyevin Qarabağla bağlı "Hökmdar və qızı" tamaşasına da ulu öndər layiqli qiymət verdi. Əsər XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs edirdi. "Bu tamaşanı mütəmadi oynamaq lazımdır" dedi. Ulu öndər tamaşaya baxandan sonra "bunu da sən qoymusan", - deyə soruşmadı, "nə yaxşı ki, bunu da sən qoymusan!" dedi. Üzünü İlyas müəllimə çevirib "sən təkcə bədii əsər yazmamısan. Mən tarixi yaxşı bilirəm. Sən tarixi bədii-emosional güclə tamaşaçılara çatdırırsan. Mən tövsiyə edirəm ki, bu mövzuya film çəkilsin, bütün gənclər bu tamaşaya baxsın və Qarabağın tarixini öyrənsinlər". Elə də oldu. Əsərin motivləri əsasında çəkilmiş "Hökmdarın taleyi" adlı ikiseriyalı film 2008-ci ildə təqdim olundu. Hətta əsərə "Hökmdar və qızı" və "Qarabağnamə" adı ilə ikinci quruluş verdim. Artıq 30 ildən çoxdur ki, bu əsər Akademik Milli Dram Teatrının səhnəsində oynanılır. Mayın 10-da yenə də ulu öndərin xatirəsinə həsr olunan "Qarabağnamə" tamaşası bu səhnədə oynanılacaq. Çünki bu tamaşa Azərbaycan xalqının tarixi və bu günü ilə bağlıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz zəfər çalıb, torpaqlarımız işğaldan azad olunub. Tamaşa Qarabağda tarixi Zəfərdən sonra izləyiciyə bir başqa ovqat bəxş edir...

2000-ci ildə Heydər Əliyev "Dədə Qorqudun 1300 illiyi" ilə bağlı Sərəncam verdi. Xalq yazıçısı Anar Dədə Qorqudla bağlı pyes yazdı. Bu əsərin səhnələşdirilməsi mənə tapşırıldı. Əsəri Heydər Əliyev Sarayında tamaşaya qoydum. İlk dəfə türkdilli dövlətlərin başçıları ulu öndərlə birlikdə gəlib bu tamaşaya baxdılar. Tamaşadan sonra Heydər Əliyev "Mən əsəri oxudum, fikirləşdim ki, bu səhnədə necə gedə bilər, bunu Anara da dedim...", - deyə təəssüratını bölüşdü. Sonra mənə dönüb "sən bunu lüks hazırlamısan", - deyə baş barmağını qaldırdı. Sonradan ulu öndərə yaxın olan adamlar dedilər ki, o, "lüks" sözünü çox nadir hallarda işlədir. Ulu öndərin bu qiyməti mənim üçün həmişə işıqlı yoldur. Bu, mənə hazırladığım tamaşaların həmişə yüksək keyfiyyətdə olmasını təlqin edir. Məni daim məsuliyyətlə işləməyə, yeni yaradıcılıq axtarışları etməyə sövq edir.

Sumqayıt Teatrının bina məsələsi

- Tamaşaların birində, deyəsən, Sumqayıt Teatrının bina məsələsi də həll olunmuşdu...

- Nəriman Həsənzadənin görkəmli ictimai xadim Nəriman Nərimanov haqqında "Bütün Şərq bilsin" tamaşasını Sumqayıt Teatrında səhnələşdirdim. Mən o zaman bu teatrın baş rejissoru idim. Bu tamaşada elə fikirlər vardı ki, o dövrdə onları səsləndirmək olmazdı. Ulu öndər bu tamaşadan xəbər tutmuş, "gətirin, mən də baxım" demişdi. Biz tamaşanı Bakıda Akademik Milli Dram Teatrında oynadıq. Ulu öndər gəlib baxdı və tamaşadan sonra kollektivlə fikirlərini bölüşdü. Tamaşanı çox bəyənmişdi, xeyli gözəl sözlər dedi. "Tamaşa Moskvada oynanılmalıdır" deyə fikrini bildirdi. Biz həmin tamaşanı Nəriman Nərimanovun uzun illər çalışdığı Moskva şəhərində də oynadıq. Məhz orada Sumqayıt Teatrının bina məsələsi də həll olundu.

Sənətə və sənətkara layiqli qiymət verən humanist, alicənab şəxsiyyət

- Ulu öndər həmçinin mədəniyyət və incəsənət xadimlərinin mənəvi rifahları ilə bərabər, maddi rifahlarının da qayğısına qalırdı...

- Bəli, Ulu öndər həmişə incəsənət adamlarını xüsusi diqqət və qayğı ilə əhatə edirdi. O, sənətə və sənətkara layiqli qiymət verən humanist, alicənab şəxsiyyət idi. Xalq artistlərinin, ehtiyacı olan sənət adamlarının mənzillərlə təmin olunmasını görürdük. Sənətkarlara fəxri adlar, mükafatlar verilirdi. Mənə elə gəlir ki, hər bir sənətkara verilən mükafat onu yeni zəfərlərə hazırlayır. Nə yaxşı ki, Prezident İlham Əliyev də ulu öndərin layiqli davamçısı kimi bu yolu mətanətlə davam etdirir. Onun əsasını qoyduğu uğurlu yolda ölkəmiz Ali Baş Komandanımızın rəhbərliyi ilə inamla addımlayır. Ölkəmiz günü-gündən inkişaf edir, çiçəklənir. Biz sənətkarlar da bu inkişafın bəhrələrindən, uğurlarından fərəhlənir və görülən işləri yüksək qiymətləndiririk...

Paylaş

Xəbər lenti

Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR