
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə neft və neft məhsullarının nəqli həcmi artacaq.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində "Azərbaycan: "yaşıl artım" və əlaqəliliyin formalaşan qapısı" adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, "Orta Dəhliz ənənəvi olaraq ticarət və mal daşınmasına yönəlmiş qeyri-enerji nəqliyyat marşrutu kimi nəzərdən keçirilsə də, o əhəmiyyətli enerji potensialına malikdir".
Azərbaycanın tranzit potensialından danışarkən, nazir ölkənin yüklərin fasiləsiz hərəkətinin təmin edilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.