
İtaliyanın "Milan" klubunun futbolçusu Ticani Reynders İspaniya təmsilçisi "Real"ın diqqət mərkəzinə düşüb.
BAKU.WS "Report" a istinadən xəbər verir ki, Madrid kollektivi 26 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə təklif göndərməyə hazırlaşır.
Məşhur "Transfermarkt" portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.
Qeyd edək ki, daha əvvəl T.Reyndersin transferində İngiltərənin "Mançester Siti" klubu maraqlı olub. Futbolçu cari mövsüm "Milan"ın heyətində 51 matçda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.