
ABŞ Dövlət katibi Marko Rubio İstanbul şəhərinə gedib.
Bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
"Rubio son üç il ərzində Rusiya və Ukrayna arasında keçiriləcək ilk birbaşa danışıqlardan öncə İstanbul şəhərinə gəlib", – deyə agentlik bildirir.
Məlumata görə, İstanbulda yalnız Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü deyil, eyni zamanda ABŞ, Ukrayna və Türkiyə nümayəndələrinin iştirak edəcəyi üçtərəfli danışıqlar da keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.