
İsrail hökuməti Baş Qərargahın yeni rəhbəri general-mayor Herzl Halevinin namizədliyini təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə İsrailin "Ediot Ahronot" nəşri məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin 23-cü Baş Qərargah rəisi 2023-cü il yanvarın 17-də vəzifəsinin icrasına başlayacaq və o, vəzifəsini tərk edən general-leytenant Aviv Koçavini əvəz edəcək.
Halevi bundan əvvəl Baş Qərargahın Kəşfiyyat İdarəsinin Əməliyyat İdarəsinə rəhbərlik edib. Hazırda isə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisinin müavinidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.