
ABŞ Prezidenti Donald Tramp bildirib ki, mayın 19-da Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra ukraynalı həmkarı Volodimir Zelenskiyə və NATO üzrə müttəfiqlərə də zəng edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
"Əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsində atəşkəsin elan olunması olacaq. Ümid edirəm ki, bu, məhsuldar bir gün olacaq və atəşkəs əldə olunacaq", – paylaşımda qeyd olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.